Bolqar qadın azərbaycanlı kişini evlənmək adı ilə aldatdı
Bolqarıstanın Şumen şəhəri yaxınlığında yerləşən kənddə yaşayan və üç uşaq anası olan qadın azərbaycanlı kişini aldadaraq onun 2 271 avro pulunu (təxminən 4 min manat) dələduzluq yolu ilə ələ keçirib.
Bu barədə Bolqarıstan Milli Radiosu məlumat yayıb.
Belə ki, qadın üç il sınaq müddəti elan edilməklə bir il həbs cəzası alıb.
O, işsiz olub və xaricdə yaşayan kişini aldatmaq qərarına gəlib.
Qadın "Whatsapp” mobil tətbiqi vasitəsilə Azərbaycandan olan kişi ilə əlaqə saxlayıb. Türkcəni yaxşı bildiyindən əks cinsin nümayəndəsi ilə dərhal əlaqə qura bilib.
O bildirib ki, məqsədi ciddidir və ərə getmək barədə düşünür. Bolqar qadın qarşı tərəfi inandırıb ki, valideynləri bədbəxt hadisə nəticəsində ölüb və onu nənəsi böyüdüb.
Qadın pasport, avtobus və təyyarə bileti üçün pul istəyib. Bundan əlavə o, atasından ona miras qalan və taxdığı qızıl-zinət əşyalarının gömrük rüsumlarının ödənilməsi üçün də vəsait istəyib. Azərbaycanlı kişi artıq pulunun qurtardığını deyəndə bolqar qadın onun zənglərinə cavab verməyib.
Fırıldaqçılığın üstünü açmaq bir qədər vaxt aparıb, lakin Bolqarıstan hüquq-mühafizə orqanlarının əməkdaşları qadını taparaq məsuliyyətə cəlb edə bilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox