İran televiziyasının Azərbaycana qarşı TƏXRİBATI - VİDEO
İranın "SƏHƏR” telekanalı Azərbaycana qarşı təxribatı davam etdirir. Bu barədə Azad İran telegram kanalı məlumat yayıb.
İranın nifrət aşılamaqla məşğul olan "Səhər TV” kanalının aparıcıları Azərbaycan xalqına qarşı hədyan səsləndirməklə yanaşı, Azərbaycan Respublikasına qarşı ərazi iddiaları irəli sürüblər.
Bu anti-Azərbaycan kanalının verilişində Şimali Azərbaycanın bütün şəhərləri İranın bir hissəsi adlandırılır.
Belə ki, qadın aparıcı Naxçıvandan tutmuş Bakıya və Gəncəyə qədər bütün şəhərlərin guya İranın şimal hissəsinə aid olduğunu iddia edib.
Verilişin kişi aparıcısı isə Azərbaycan şairi Nizami Gəncəviyə aid olduğu deyilən şeiri oxuyur, baxmayaraq ki, bu misraların həqiqiliyi ekspertlər tərəfindən şübhə altına alınır. Çünki, ümumiyyətlə Nizaminin yaşadığı dövrdə İran adında bir ölkə yox idi və o, əsrlər sonra yaranıb.
www.anews.az

Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox