Ukraynada ərzaq qiymətlərində artım 2021-ci illə müqayisədə 36%-ə çatıb
2022-ci ilin oktyabrda Ukraynada ərzaq məhsullarının qiymətləri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 35,7% artıb. Bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak özünün Teleqram kanalında bildirib.
Millət vəkilinin sözlərinə görə, oktyabrda illik inflyasiya 26,6% təşkil edib ki, bu da sentyabr ayı ilə müqayisədə 2 faiz çoxdur. Jeleznyak qeyd edib ki, ərzaq qiymətləri xüsusilə sürətlə artıb.
"Qida: 35,7%. İlk 3-lük budur: yumurta - 81,4%, tərəvəz - 78,8%, meyvələr - 62,6%", - Ali Radanın deputatı yumurtanın qiymətinin sentyabr ayı ilə müqayisədə 60,5% artdığını vurğulayıb.
Sentyabrın ortalarında "Strana.ua” Dövlət Statistika Xidmətinin məlumatlarına istinadən yazıb ki, 2022-ci ilin əvvəlindən Ukraynada ərzaq qiymətləri orta hesabla 25% artıb. Ən çox bahalaşma meyvə (60,2%) və tərəvəz (58,5%) olub.
www.anews.az

Bu həftə "Ukrrudprom” qəzeti yazıb ki, Ukraynada ərzaq məhsullarının qiyməti son 9 ayda orta hesabla 23,7% artıb. Ən çox tərəvəz bahalaşıb - onların qiymət artımı 70% təşkil edib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox