ABŞ-da texnologiya sənayesində işdən çıxarılanların sayı 52 mini keçib
Qlobal enerji və maliyyə böhranlarının mənfi nəticələri nəticəsində ABŞ-da 52 mindən çox insan işşdən çıxarılıb. Bu barədə Türkiyənin "Yeni Şafak” qəzeti yazıb.
Eyni zamanda, Twitter, Meta və Netflix kimi texnoloji nəhənglərin əməkdaşları da ixtisarlardan yan keçməyiblər. Amazon və Apple işə qəbulu dayandırmaq qərarına gəliblər.
Elon Mask Twitter-i 44 milyard dollara aldıqdan sonra şirkətdə ixtisarlar başladı. Nəticədə Twitter işçilərinin 50%-i şirkətdəki işini itirib. Meta həmçinin şirkətin 18 illik tarixində ilk olacaq və minlərlə işçini əhatə edəcək kütləvi ixtisarlar planlaşdırır.
Amerika e-ticarət nəhəngi Amazon korporativ işçi vəzifələrinə işə qəbulun dayandırıldığını elan edib və Apple rəhbərliyi tədqiqat və inkişaf istisna olmaqla, bütün sahələrdə işə qəbulu dayandırmağa qərar verib. Səbəb enerji qiymətlərinin artması və inflyasiyanın artması ilə əlaqədar ABŞ-da yaşanan iqtisadi böhran olub.
Təkcə ABŞ iqtisadiyyatı deyil, Avropa Birliyi də böhranla üzləşib. Noyabrın 8-də IFO tədqiqat institutunun analitikləri bildiriblər ki, enerji qiymətlərinin artması Almaniyanın 2021-2023-cü illər arasında dövlət xəzinəsinə daxil olan real gəlirdən demək olar ki, 110 milyard avro itirməsinə səbəb olacaq. Bu, 70-ci illərin sonu və 80-ci illərin əvvəllərində baş verən ikinci neft böhranından bəri ən böyük zərər olacaq.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox