İranda etiraz aksiyalarında ölənlərin sayı AÇIQLANIB
İranın hərbi-polis qüvvələri sentyabrın 16-dan bu günə kimi 330 nəfəri qətlə yetirib. Bu barədə məlumatı İran İnsan Haqları Təşkilatı məlumat yayıb.
Aksiyada ğldürülənlədrən 50-si uşaq olub.
Ümumilikdə 15 092 nəfər tutulub. Həbs olunanların 440-ı isə tələbədir. Onların 1 954-nün kimliyi və saxlanıldığı yer məlum deyil.
İranın 138 şəhərində aksiyaçılar ölkədəki idarəetmə sisteminə qarşı nümayişlər keçirib, 137 universitetin tələbələri bu nümayişləri dəstəkləyib.
"Dünya Sistan və Bəlucistanda daha çox etirazçının öldürülməsinin qarşısını almaq üçün təcili tədbirlər görməlidir".
Beynəlxalq Əfv Təşkilatının bəyanatında bildirilib ki, İranın hərbi-polis qüvvələri noyabrın 4-də Sistan və Bəlucistanın Xaş şəhərində cümə namazından sonra dinc nümayişlərin zorakı üsulla yatırılması nəticəsində ikisi uşaq olmaqla azı 18 etirazçını öldürüb, onlarla insanı yaralayıb. Açıqlamada bəlucların daha çox zülmə və repressiyalara məruz qaldıqları da vurğulanıb.
Sentyabrın 30-u günortadan sonra hakimiyyət qüvvələrinin əyalətin mərkəzi Zahidan şəhərinin Məkki məscidində namaz qılan sünni məzhəbli etnik bəluclara atəş açıması nəticəsində 13-ü uşaq olmaqla 93 nəfər ölüb, 300 nəfər isə yaralanıb.
Ayətullah Sistaninin ofisindən də İrandakı etiraz aksiyalarına münasibət bildirilib. Etirazlardan sonra Sistaninin kürəkəni, nümayəndəsi Cavad Şəhriştaninin açıqlamasında qeyd edilib ki, onun siyasi məsələlər üzrə fikrini bildirəcək nümayəndəsi yoxdur.
Bu bəyanat dərc edilməzdən bir müddət əvvəl isə kürəkən və nümayəndə kimi təqdim olunan Şəhriştani İrandakı ümumxalq etiraz aksiyalarının "xalq üsyanı olmadığını” iddia etmişdi. Kürəkən etiraz edən İran xalqını "bir qrup quldur” adlandırıb.
"Haradan gəldikləri və hansı düşməndən göstəriş aldıqları bəlli deyil”.
Noyabrın 11-də Güney Azərbaycanın Zəncan İnqilab Prokurorluğunun 2-ci şöbəsində qadın hüquq müdafiəçisi və azərbaycanlı mədəni fəalı Səfiyə Qarabağinin dindirilmə iclası keçirilib.
Səfiyə Qarabaği oktyabrın 1-də Zəncan şəhərində ETTELAAT məmurları tərəfindən saxlanılıb və onun təcridxanasına aparılıb. Hüquq müdafiəçisi oktyabrın 8-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılıb. O, əvvəllər də insan hüquqları sahəsindəki fəaliyyətlərinə görə təzyiqlərə məruz qalıb. Azərbaycanlı hüquq müdafiəçisi "ictimai fikri çaşdırmaq", "hakimiyyətə qarşı təbliğat aparmaq" və "yalan məlumat yaymaq"da ittiham edilərək məhkumluq həyatı yaşayıb.
İran hakimiyyətinin din xadimləri küçələrdə, meydanlarda ənənəvi əmmamə, əba geyinərək gəzməyə ehtiyat edirlər. Onlar həmin geyimləri maşınlarda gəzdirir, rəsmi tədbirlərə gedərkən geyinirlər.
Sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada ölməsi İranda genişmiqyaslı etirazlara səbəb olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox