• $
  • £

Çində koronavirusa yoluxma kəskin ARTIB

Çində koronavirusa yoluxma kəskin ARTIB
12.11.2022 18:09
Çində aprelin sonundan indiyədək ən çox COVID-19 infeksiyasına yoluxma qeydə alınıb.
 
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çinin Milli Səhiyyə Komissiyası məlumat yayıb.
 
Bildirilib ki, ölkədə bir gündə 11 950 nəfər virusa yoluxub.
 
Onlardan 1 504-də xəstəlik simptomatik, 10 446-da isə asimptomatik olub. Eyni zamanda, bir gün əvvəl həkimlər 10 729 nəfərə koronavirus diaqnozu qoyublar, onlardan 1 209-da xəstəliyin əlamətləri olub.
 
Bir gün əvvəl 2 583 nəfərdə koronavirus qeydə alınan 19 milyon insanın yaşadığı Quançjouda son sutkada 3 180 yoluxma hadisəsi aşkarlanıb.
 
Hökumət bir sıra rayonların sakinlərindən evlərini tərk etməməyi və virusa görə testdən keçməyi tələb edib. Quançjoda əksər məktəblər bağlanıb, avtobus və metronun hərəkəti dayandırılıb. Səlahiyyətlilər həmçinin Quançjoudan Pekinə və Çinin digər böyük şəhərlərinə uçuşları ləğv ediblər.
 
Pekində 68 nəfərdə koronavirusa simptomatik, 48 nəfərdə isə asimptomatik yoluxma qeydə alınıb.
 
Bununla belə, Çin hökuməti məhdudlaşdırıcı tədbirləri yumşaldır. Xüsusən də, xaricdən gələn şəxslər üçün karantin müddəti on gündən səkkiz günə endirilib. Həmçinin, hakimiyyət indi yalnız virus daşıyıcılarının ətraf mühitlə birbaşa təmaslarını izləyəcək.
 
Çində pandemiyanın bütün dövrü ərzində 270 200-ə yaxın koronavirusa yoluxma halı və xəstəliyin nəticələrindən 5 200-dən çox ölüm faktı aşkar edilib

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
Dünya 23:35
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 22:58
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
Dünya 18:09
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol