• $
  • £

İstanbulda partlayış törədən qadın TUTULDU

İstanbulda partlayış törədən qadın TUTULDU
14.11.2022 09:15
Türkiyə polisi bazar günü İstanbulun Bəyoğlu səmtinin İstiqlal küçəsində partlayışı törədən qadını saxlayıb. "Anadolu” xəbər ajansı xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
 
"Beyoğluda bomba qoyan şəxs İstanbul Təhlükəsizlik İdarəsi tərəfindən saxlanılıb.

Ölümcül terror aktının sifarişi PKK/YPG-nin Suriya qərargahının yerləşdiyi Suriyanın şimalındakı Ayn əl-Ərəbdən gəlib”, - Soylu jurnalistlərə bildirib.

Soylu hücumda 8 nəfərin öldüyünü, 81 nəfərin yaralandığını təsdiqləyib.

Onun sözlərinə görə, 50 zərərçəkən xəstəxanalardan buraxılıb, beş nəfər reanimasiyadadır, onlardan ikisinin vəziyyəti ağırdır.
 
Nazir saxlanılan şəxsin kimliyini hələlik açıqlamayıb. Soylunun sözlərinə görə, terror aktının Suriyadakı kürd qruplaşmaları tərəfindən törədilməsi ehtimal olunur.
 
Noyabrın 13-də İstanbulun mərkəzində, piyada turistlər üçün nəzərdə tutulmuş İstiqlal küçəsində partlayış baş verib.
 
Aytac
  
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
Dünya 23:35
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 22:58
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
Dünya 18:09
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol