İsrail İranın aviabazasını bombalayıb
İsrail İranın aviabazasını bombalayıb. Bu barədə Suriyanın dövlətə məxsus SANA agentliyi məlumat yayıb.
İsrail ordusu Suriyanın Hums vilayətində yerləşən aviabazaya raket zərbələri endirib.
Zərbələr nəticəsində iki hərbçi ölüb, üç nəfər isə yaralanıb.
"Reuters” agentliyinə bildiriblər ki, zərbələr endirilən Şayratdakı aviabaza bu yaxınlarda İran Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilib.
Raketlərin bazada uçuş-enmə zolağına dəydiyi bildirilir. Aviabaza son üç ildə Rusiya ordusu tərəfindən modernləşdirilb.
Regional və kəşfiyyat mənbələri qeyd ediblər ki, İsrail son aylarda İranın Suriya və Livandakı müttəfiqlərinə, o cümlədən Hizbullah qruplaşmasına silah tədarükünün qarşısını almaq üçün Suriyanın hava limanlarına və hava bazalarına zərbələri gücləndirib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox