Türkiyədə terror aktı törədən qadın Yunanıstana qaçacaqdı - NAZİR
Türkiyədə terror aktı törədən qadın terrorçu tutmasaydı, Yunanıstana qaçacaqdı. Bu barədə Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu Taksimdə partlayış baş verən əraziyə baxış zamanı jurnalistlərə açıqlamasında bildirib.
"Terroristi tutmasaydıq, Yunanıstana qaçacaqdı. Bütün təhlükəsizlik tədbirlərimiz, fəaliyyət göstərir. İndi cənazələrimizi dəfn edirik. Bizə verilən mesajı aldıq. Bizə nə mesaj verildiyini bilirik. Əməliyyatlar davam edir. Terrorçular tutulub. Onları tutmasaydıq, bu gün Yunanıstana qaçaqmalçılıq yolu ilə keçəcəklərdi. Son iki hücumun sifarişindən birinin Mümbiçdən, digərinin də Kobanidən sifariş olduğu aydındır. Qarşımızda duran şər cəbhəni və terrorçu tərəfdarları açıq şəkildə tanıyırıq. Millətimizlə birlikdə bunun öhdəsindən birlikdə gələcək”- o bildirib.
Soylu hücumda 8 nəfərin öldüyünü, 81 nəfərin yaralandığını təsdiqləyib.
50 zərərçəkən xəstəxanalardan buraxılıb, beş nəfər reanimasiyadadır, onlardan ikisinin vəziyyəti ağırdır.
Noyabrın 13-də İstanbulun mərkəzində, piyada turistlər üçün nəzərdə tutulmuş İstiqlal küçəsində partlayış baş verib.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox