Türkiyəli aktyorun xanımı və qızı terrorun qurbanı olub - FOTO
İstanbulun İstiqlal küçəsində terror aktı zamanı həyatını itirənlər arasında aktyor Nurettin Uçarın ailəsi də olub. Bu barədə Aktyor keçmiş həyat yoldaşı və qızının ölümü ilə bağlı sosial şəbəkədə paylaşım edib.
"Qəbrin nur, məkanın cənnət olsun şirin qızım. Taksimdəki xain hücumda qızım Yağmur və anası həytlarını itiriblər"- paylaşımda qeyd olunub.
Arzu Özsoy və qızı Yağmur Uçar həftəsonu gəzintisinə çıxıblar. Arzu Özsoy müəllim, qızı Yağmur isə liseyin 2-ci sinif şagirdi idi. Ana-bala tez-tez muzeylərə getməyi xoşlayırmışlar. Məlum hadisə gəzinti zamanı baş verib.
Arzu Özsoyun atası Mehmet Özsoy bildirib ki, qızı və nəvəsi gəzintiyə çıxmaları barədə onlara məlumat verməyiblər.
"Qızım müəllim olduğu üçün yalnız tətildə qızı ilə vaxt keçirə bilirdi. Həmin gün ikisi də tək olub. Onların ikisinin də arzuları var idi. Deyəcək sözüm yoxdur, qızım əlimdən getdi. Lənət olsun terrora”.
Yağmur Uçarın atası Nurettin Uçar "Diriliş Ertuğrul” serialında rol alıb. Aktyor qızının terror qurbanı olduğunu, bunu edənlərin tezliklə cəzalandırılacağını bildirib.

Terror nəticəsində ümumilikdə 6 nəfər həlak olub, 81 nəfər isə yaralanıb.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox