• $
  • £

İranda etirazçıya ölüm hökmü çıxarıldı

İranda etirazçıya ölüm hökmü çıxarıldı
14.11.2022 15:49
Tehranın İnqilab Məhkəməsi iğtişaşlarda iştirak edən 5 nəfərin işinə baxaraq hökm çıxarıb. İSNA agentliyi məlumat verir ki, bu barədə Tehran İnqilab Məhkəməsi məlumat yayıb.
 
Bildirilib ki, 5 nəfər 5 ildən 10 ilədək azadlıqdan məhrum edilib, 1 nəfər isə ölüm hökmünə məhkum olunub.
 
Cəzalanan şəxslər ictimai sabitliyi pozmaqla yanaşı, dövlət binalarına və şəxsi əmlaka külli miqdarda zərər vurmaqda, polisi qətlə yetirməkdə ittiham olunublar. Məhkəmənin açıqlamasında o da nəzərə çatdırılıb ki, məhkumlar qərarlardan apellyasiya şikayəti vermək hüququna malikdirlər.
 
Tehran, Kirman, Zahedan, Rəşt və başqa şəhərlərdə kütləvi aksiyalarda iştirak edənlər polis, yanğınsöndürən və təcili tibbi yardım avtomobillərini yandırıb, bank və dövlət binalarını dağıdıblar. Bununla yanaşı, Rəşt və Zahedanda polis zabiti qətlə yetirilib. Ümumilikdə sentyabrın 16-dan başlanan kütləvi etiraz aksiyalarında polislə toqquşmada 30 polis əməkdaşı qətlə yetirilib. Rəsmi məlumatlara əsasən isə aksiyalar zamanı baş verən qarşıdurmada 290 nəfər ölüb.
 
Sosial şəbəkələrin İran seqmentində qeyd olunur ki, banklardan kredit götürənlər onu qaytarmaqda çətinlik çəkdikləri üçün bank filiallarının binalarını dağıdıblar.
 
İranda hicab geyimi qaydasını pozduğuna görə əxlaq polis tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı yaranmış iğtişaşlar sentyabrdan başlayıb. Rəsmi Tehran etirazları amansızcasına yatırıb, ölkədə sosial şəbəkələrə və internetə çıxış məhdudlaşdırılıb.

57 gün davam edən etiraz aksiyaları zamanı 50-si uşaq olmaqla 330 nəfər həlak olub.

Dünyanın bir sıra ölkələri vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar İran rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.
 
Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
Dünya 23:35
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 22:58
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
Dünya 18:09
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol