Kaliforniya Universitetinin 48.000 işçisi maaşlarının artırılmasını tələb edir
Kaliforniya Universitetinin işçiləri bu tədris müəssisənin 10 kampusunda eyni vaxtda etiraz aksiyası keçirib. Onlar əməkhaqqının artırılmasını tələb edirlər. Etirazçılar arasında 17.000 tədqiqatçısı tələbə də olub.
Universitetdə işləyən müəllimlərin köməkçiləri, repetitorlar və başqa tələbələr əvvəlcə əməkhaqqının və müavinətlərin artırılması barədə universitetin müdiriyyəti ilə danışıqlar aparıb, bu danışıqlar nəticəsiz qalanda isə ümumi etiraz aksiyası keçirməyə başlayıblar.
Danışıqlarda işçiləri təmsil edən "Avtomobil sənayesi işçilərinin birləşmiş həmkarlar ittifaqı” oktyabr ayında Universiteti əmək qanunvericiliyini pozmaqda ittiham edən bəyanatla çıxış edib. Universitetin məzunları istirahət günlərində müddətsiz tətil keçirilməsi təklifinə səs veriblər. Bu, ABŞ tarixində ən genişmiqyaslı tətil olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox