İranın beş neft tankeri ABŞ-ın sanksiyalarına məruz qalıb
Cibuti və Kuk adalarının beynəlxalq gəmi reyestrləri ABŞ-ın bu ay Hizbullah və İranın Qüds Qüvvələri üçün neft ticarətini asanlaşdırdığına görə tətbiq etdiyi sanksiyalardan sonra beş neft tankerindəki bayraqları endirib, - bu barədə Nüvə İranına Qarşı İttifaq qeyri-hökumət təşkilatı (UANİ) bildirib.
ABŞ Maliyyə Nazirliyi noyabrın əvvəlində yüklərinin İrana məxsusluğunu gizlətməkdə və bu yükləri dünyaya ixrac etməkdə ittiham olunan geniş şirkətlər, şəxslər və gəmilər şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib.
UANI daxil olan məlumata görə, "Bueno", "B Luminosa", "Bluefins" və "Boceanica" neft tankerlərin adları son günlər tətbiq edilən sanksiyalardan sonra Cibuti Beynəlxalq Gəmi Reyestrindən, Rain Drop isə Dəniz Kuk Adasının reyestrindən çıxarılıb.
Vaşinqton Tehrana qarşı geniş sanksiyaları davam etdirir və Tehranla dünya gücləri arasında 2015-ci ildə imzalanmış nüvə sazişini bərpa etmək cəhdləri dayandığı üçün təzyiqi artırmağın yollarını axtarır.
Ölkənin bayrağı, dənizə yararlılıq təsnifatı və ya sığortası olmayan gəmilərin beynəlxalq limanlar arasında hərəkəti məhdudlaşdırılır.
Şirkətin Reuters tərəfindən əldə etdiyi sənədlərinə görə, tankerlərin əksəriyyəti Venesuela sularındadır və dövlət neft şirkəti olan PDVSA (Petrol de Venezuela S. A) onlardan yerli limanlar arasında neft və yanacaq daşımaq üçün istifadə edir.
PDVSA isə şərh üçün göndərilən sorğuya dərhal cavab verməyib.
Adı ABŞ-ın sanksiya siyahısında olan, Venesuelaya məxsus yük daşıyan başqa bir tanker - "Young Yong” daha əvvəl Cibuti bayrağını və dənizə yararlılığını təsdiq edən təsnifatı itirib.
Sayı getdikcə artan üçüncü ölkələrə məxsus tankerlər İran-Venesuela neft məhsullarını daşımaq üçün istifadə olunur. Bu tankerlər keçən ildən bəri PDVSA şirkəti üçün lazım olan xüsusi durulducu maddələr daşıyır, həmçinin ona müştərilər tapmaqda və neftin daşınmasına kömək edir.
Lida Abbaslı
Son xəbərlər
Daha çox