• $
  • £

ABŞ İran dronlarının istehsalına cavabdeh bütün beynəlxalq şirkətlərə sanksiyalar tətbiq etdi

ABŞ İran dronlarının istehsalına cavabdeh bütün beynəlxalq şirkətlərə sanksiyalar tətbiq etdi
16.11.2022 23:00
ABŞ Maliyyə Nazirliyi İrandan Rusiyaya tədarük olunan pilotsuz təyyarələrin istehsalı və nəqli  ilə bağlı olan şirkətlərə qarşı sanksiyalar tətbiq edib.

Ukraynaya qarşı müharibə üçün dronların alınması və istifadəsi ilə məşğul olan "Vaqner” özəl hərbi şirkətinə qarşı da sanksiyalar tətbiq edilib.

Bu barədə Ukraynanın ABŞ-dəki səfiri Oksana Markarova "Facebook” hesabında məlumat verib.

"Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC - Office of Foreign Assets Control) İran dron istehsalçılarına sanksiya tətbiq edib. Sanksiyalar siyahısına dron istehsalçısı "Shahed Aviation Industries Research Center”, Rusiyaya pilotsuz təyyarələrin göndərilməsi ilə məşğul olan şirkətlər "Success Aviation Services FZC” və "i Jet Global DMCC”, Ukraynaya qarşı dronların alınması və istifadəsi ilə məşğul olan "Vaqner” özəl hərbi şirkəti daxil edilib”, - deyə o qeyd edib.
Eyni zamanda səfir vurğulayıb ki, dronların istehsalından tutmuş alınmasına və istifadəsinə qədər bütün proses zəncirinə sanksiyaların şamil olunması vacibdir.  
Markarova bildirib ki, sanksiyalar Rusiya Federasiyasına dronların ötürülməsi ilə məşğul olan bütün beynəlxalq şirkətlərə şamil edilir.
"Və çox vacib olan əlavə məqam da odur ki, ABŞ Maliyyə Nazirliyi və ABŞ Ticarət Departamenti açıqlama verdi - şirkətlərə bu növ qeyri-qanuni fəaliyyətlə məşğul olmamaq üçün xəbərdarlıq edildi”, - deyə Markarova vurğulayıb.
O, tərəfdaşlara Putinin hərbi maşınının potensialının azaldılmasında dəstəyə görə təşəkkür edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
Dünya 23:35
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 22:58
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
Dünya 18:09
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol