Avstraliyada koronavirusa yoluxma kəskin artdı: Maska tələbi qayıtdı
Avstraliyada Yeni Cənubi Uels ştatı koronavirusa yoluxma hallarının sayının kəskin artması fonunda bəzi ictimai yerlərdə maskaların məcburi istifadəsi tələbini geri qaytarıb.
Onun sözlərinə görə, COVID-19-a yoluxma hallarının sayında əhəmiyyətli artım qeydə alıb. Tibb müəssisələrinə gələnlərdən və bütün tibbi personaldan maska taxmaları tələb olunacaq. Bundan əlavə, xəstələrin yanına gələn ziyarətçi sayının məhdudlaşdırılması istənilib.
Eyni zamanda, qocalar evlərinin, yaşlılar və əlillər üçün internat məktəblərinin bütün ziyarətçiləri və işçiləri üçün tibbi maska məcburi olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox