• $
  • £

Türkiyədə zəlzələdə yaralananların sayı 70-ə çatıb - YENİLƏNİB/VİDEO

Türkiyədə zəlzələdə yaralananların sayı 70-ə çatıb - YENİLƏNİB/VİDEO
23.11.2022 13:44
Türkiyənin Düzce vilayətindəki Gölyaka rayonunda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı artıb. Bu barədə Türkiyənin səhiyyə naziri Fahreddin Koca məlumat verib.
 
O bildirilib ki, zəlzələdə çaxnaşma səbəbindən 1-i ağır olmaqla 68 nəfər yaralanıb.
 
********
 
Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 50-yə çatıb. Bu barədə  "CNN Türk” xəbər verir ki, bu barədə ölkənin
 
Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib. 

Mütəxəssislər yeraltı təkanların təkrarlana biləcəyini istisna etmirlər.
 
 *********
 
 
Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 46-ya çatıb.  Haberler.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 
 

 
 *******
 
Türkiyədə 5,9 bal gücündə baş verən zəlzələ baş verib.  Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 
Zəlzələ nəticəsində xəsarət alanların sayı 35 nəfərə çatıb.

Yerli vaxtla 04:09-də qeydə alınan zəlzələ yerin 6,81 kilometr dərinliyində baş verib.

Yeraltı təkanlar İstanbul, Ankara, Əskişəhər, Bursa, Kocaeli, Sakarya, Bolu, Ədirnə və bəzi ətraf şəhərlərində də hiss olunub.

Zəlzələ ilə bağlı İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, ölkənin daxili işlər naziri Süleyman Soyulu tviter hesablarında paylaşım ediblər.
 
Onlar təbii fəlakət nəticəsində hələ ki, insan təlafatı barədə məlumat daxil olmadığını bildiriblər.

Yeraltı təkanlar NTV kanalının spikeri Buse Yıldırım efirdə olarkən başlayıb. Aparıcı baş verənlərə soyuqqanlılıqla yanaşaraq, xəbərləri oxumağa davam edib. 
 
Zəlzələ səbəbindən Düzce vilayətində, Zonguldakın Ereğli rayonunda, Boluda məktəblərdə təhsil birgünlük dayandırılıb.
 
Daha sonra Sakarya valisi Çətin Oktay Kaldırım da məktəblərin bağlanması ilə bağlı ictimaiyyətə məlumat verib.
 
"Düzcedə baş vermiş və şəhərimizdə hiss olunan zəlzələ ilə əlaqədar olaraq 23 noyabr 2022-ci il tarixində vilayət daxilindəki bütün təhsil müəssisələrində ehtiyat tədbirlərinə görə təhsil bir gün müddətinə dayandırılıb",- o deyib.
 
Türkiyənin Düzce vilayətinin Gölyaka ərazisində 5,9 bal gücündə qeydə alınmış zəlzələ İstanbul, Bolu, Sakarya, Ankara, Kocaeli, Kütahya, Biləcik, Bursa və İzmirə qədər geniş ərazidə hiss olunub. 

 

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İzmirdə 85 qanunsuz miqrant saxlanılıb
Dünya 23:25
İzmirdə 85 qanunsuz miqrant saxlanılıb
Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb
Dünya 22:58
Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb
Zelenski Britaniyanın yeni baş naziri ilə görüşüb
Dünya 21:58
Zelenski Britaniyanın yeni baş naziri ilə görüşüb
Paşinyan və Putin Ermənistan-Rusiya iqtisadi əlaqələrini müzakirə edib
Dünya 19:50
Paşinyan və Putin Ermənistan-Rusiya iqtisadi əlaqələrini müzakirə edib
Monteneqro noyabrın 1-dən bir sıra ölkələrin vətəndaşları üçün viza tətbiq edəcək
Dünya 18:54
Monteneqro noyabrın 1-dən bir sıra ölkələrin vətəndaşları üçün viza tətbiq edəcək
İraqın Baş naziri Türkiyəyə səfər edəcək
Dünya 18:27
İraqın Baş naziri Türkiyəyə səfər edəcək
Rougher sea conditions expected at Absheron beaches
Dünya 16:00
Rougher sea conditions expected at Absheron beaches
İran: ABŞ ilə danışıqların bərpasını istəməmişik
Dünya 14:26
İran: ABŞ ilə danışıqların bərpasını istəməmişik
Sabah Tramp Zelenski ilə görüşəcək
Siyasət 12:19
Sabah Tramp Zelenski ilə görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol