• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

AYİB 2022-ci ildə Azərbaycanda ÜDM artımını 4,5% proqnozlaşdırıb

AYİB 2022-ci ildə Azərbaycanda ÜDM artımını 4,5% proqnozlaşdırıb
23.11.2022 11:46
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2022-ci ildə Azərbaycanın iqtisadi artımını 4,5%, orta illik inflyasiyanı isə 12,2% səviyyəsində proqnozlaşdırır. Bu barədə bankın saytında dərc edilmiş "Keçid Hesabatı 2022-23” hesabatında bildirilib.
 
Hesabata əsasən,  2023-cü il üçün AYİB Azərbaycanın ÜDM artımını 2,5% səviyyəsində proqnozlaşdırır.

"Enerji qiymətləri və Azərbaycan qazına tələbat qısa müddətdə yüksək olaraq qalacaq və bu, ümumi iqtisadi vəziyyəti dəstəkləyəcək. Beləliklə, biz 2022-ci ildə ÜDM-in 4,5%-lik  artımını, lakin 2023-cü ildə 2,5%-ə qədər bir qədər yavaşlamasını gözləyirik. İqtisadiyyat üçün əsas risklər inflyasiya, enerji qiymətlərinin potensial düşməsi və iqtisadiyyatdakı struktur zəiflikləri ilə bağlıdır. Bununla belə, yaxın illərdə Azərbaycan qaz sənayesinə əlavə investisiyalardan faydalana bilər, çünki Avropa İttifaqı Rusiya qazından əlavə idxalçılar tapmağa  çalışır”, - hesabatda qeyd olunub.

AYİB-in proqnozlarına əsasən, yüksək neft və qaz qiymətləri səbəbindən 2022-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 31,7%-ni (2021-ci ildə ÜDM-in 15,2%-i) təşkil edəcək.

AYİB-in fikrincə, Azərbaycanın 2023-cü il üçün prioritetləri iqtisadiyyatın davamlılığını artırmaq üçün onun daha da şaxələndirilməsi siyasətini davam etdirmək,  dövlətin iqtisadiyyatda iştirakının azaldılması olmalıdır.
 
"Maliyyə sektorunun xarici investisiyalar üçün açılması maliyyəyə çıxış imkanlarını yaxşılaşdıracaq , kiçik və orta müəssisələrin investisiya fəaliyyətinə dəstək verəcək”, - bankdan bildirib.

Bundan əlavə, bank Azərbaycan hakimiyyətinə korrupsiyaya qarşı mübarizəni gücləndirməyi tövsiyə edir və bu ilin aprelində 2022-2026-cı illər üçün Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiyanın qəbul edilməsini və yaşıl enerji istehsalını artırmasını alqışlayıb. 

Azərbaycan hökuməti 2022-ci ildə ÜDM artımını 3,5%, 2023-cü ildə isə 2,7% səviyyəsində proqnozlaşdırıb.
 
Bu il orta illik inflyasiya 12,5% səviyyəsində gözlənilir.

2021-ci ildə Azərbaycanda ÜDM artımı 5,6%, inflyasiya 6,7% təşkil edib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo kartların cashback şərtləri yeniləndi - daha çox limit, daha yüksək cashback!
İqtisadiyyat 16:05
Yelo kartların cashback şərtləri yeniləndi - daha çox limit, daha yüksək cashback!
Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
İqtisadiyyat 13:15
Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
Bərpa olunan enerji üçün 173,5 mln. dollarlıq kredit sazişi imzalanıb
İqtisadiyyat 12:48
Bərpa olunan enerji üçün 173,5 mln. dollarlıq kredit sazişi imzalanıb
ABB daşınmaz əmlak bazarı ilə bağlı3-cü hesabatını yaydı
İqtisadiyyat 10:37
ABB daşınmaz əmlak bazarı ilə bağlı3-cü hesabatını yaydı
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızılın qiyməti bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:35
Bu günə olan məzənnə açıqlanıb
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
İqtisadiyyat 21:40
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
İqtisadiyyat 16:43
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
İqtisadiyyat 12:28
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol