• $
  • £

“Siyasi partiyalar haqqında” qanun təsdiqləndi - Deputatlar nə düşünür?...

“Siyasi partiyalar haqqında” qanun təsdiqləndi - Deputatlar nə düşünür?...
29.11.2022 16:19
"Siyasi partiyalar haqqında” qanun layihəsi I oxunuşda qəbul olunub. Bu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsində qəbul edilib.

Qanun layihəsi 95 səslə təsdiqlənib. Bir nəfər isə əlehinə səs verib.

Layihə 60 fəsil,30 maddədən ibarətdir. 

Deputat Elşən Musayev qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, elə şəxslər var ki, cibində 5-6 partiya vəsiqəsi gəzdirir.

"Tərəddüd etmədən səs verəcəm. 3-5-10 nəfərlə partiya olmaz. Təklif edilən üzv sayı tam haqlı olaraq əlavə olunub. Partiya sədri tanıyıram ki, həyat yoldaşı həmin partiyaya üzv olmur. Hətta möhürün yerini bilməyən partiyalar tanıyıram. Siyasi partiyalar hörmət olmalıdır”, deputat deyib.

Deputat Tahir Rzayev qanunun siyasi sistemin formalaşmaşında vacib addım olacağaını açıqlayıb və bildirib ki, buna ciddi ehtiyac var idi.

Ana Vətən partiyasının sədri deputat Fəzail Ağamalı layihənin təkliflər əsasında dəyişdirilməsini müsbət qiymətləndirib və birinci oxunuşun tələblərinə uyğun olduğunu vurğulayıb. 

Deputat Fazil Mustafa qanunun yaxşı işləməsi üçün pratiktiki sistemin qurulmasını vacib hesab edib.

Deputat Azay Quliyev layihəyə bəzi təkliflər verib. O bildirib ki, partiya haqqında qanunda qadınların siyasi fəaliyyətə cəlb olunmsı nəzərə alınmalıdır. Ən azı partiya üzvləri və təsisçilərinin 30 faizi qadın olmalıdır. 

Deputat onu da təklif olaraq bildirib ki, qanunda yardım anlayışı çıxarsın əvəzinə subsiyada sözü əlavə olunsun. Azay Quliyev qanunda iaənlərin məbləğinin göstərilməsini və hüquqi şəxslərə də aid edilməsini təklif edib.

Deputat Azər Badamov 47 partiyadan 250 təklif almasını müsbət dəyərləndirib və dəstəklədiyini açıqlayıb. 

Deputat Elman Nəsirov bildirib ki, bu qanun Parlamentin VI çağırışında ən yadda qalan qanun olacaq. 

Deputat Razi Nurullayev bildirib ki, təkliflərin nəzərə alınmasını yüksək qiymətləndirib.

Siyavuş Novruzov çıxışında bildirib ki, bu ən vacib qanun layihəsidir. Deputat vurğulayıb ki, əlavə çıxışlara ehtiyac olmadan layihəni təsdiq etmək doğru qərar olacaq.

Tahir Kərimli bəzi maddələrdə bəzi sözlərə dəyişiklik edilməsini təklif edib.

Hikmət Babaoğu çıxışında bildirib ki, partiyaların özlərinin yenidən tanıtımı üçün uğurlu bir qanun layihəsi olacaq.
 
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda daha iki kənddə yanğın başlayıb
Cəmiyyət 22:44
Ağdamda daha iki kənddə yanğın başlayıb
Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb
Cəmiyyət 21:48
Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb
Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib, digərinin axtarışları aparılır
Cəmiyyət 21:39
Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib, digərinin axtarışları aparılır
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində çıxışlar başa çatıb
Cəmiyyət 19:03
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində çıxışlar başa çatıb
Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
Cəmiyyət 18:01
Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
IV qrup üzrə 15 nəfər 700 bal toplayıb - rəsmi
Cəmiyyət 17:27
IV qrup üzrə 15 nəfər 700 bal toplayıb - rəsmi
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb
Cəmiyyət 16:58
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb
Tələbələrin yerdəyişməsi üzrə nəticələrelan edilib
Cəmiyyət 16:05
Tələbələrin yerdəyişməsi üzrə nəticələrelan edilib
ASCO-nun sərnişin daşımaları ilk yarımildə 3,4 % artıb
Cəmiyyət 15:51
ASCO-nun sərnişin daşımaları ilk yarımildə 3,4 % artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol