Urmiya gölünün qurudulması azərbaycanlılara qarşı ayrı-seçkilikdir
Bu gün Turizm və Menecment Universitetində "Urmiya gölünün qurudulması” mövzusunda ictimai müzakirə keçirilib.
Müzakirədə "Güney Azərbaycan Demokratik Türk Birliyi” təşkilatının sədri Əjdər Tağızadə, türkoloq, filologiya elmləri doktoru, professor Firudin Cəlilov, Cənubi Azərbaycandan gələn ekspertlər, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.
"Güney Azərbaycan Demokratik Türk Birliyi” təşkilatının sədri Əjdər Tağızadə bildirib ki, İranda çaylardan, göllərdən suların oğurlanması, Urmiya gölünün qurudulması, bu göldən uranın çıxarılması həyata keçirilir. Digər tərəfdən bir sıra çayların qarşısı kəsilir, dövlət daxilində qarşıdurma yaradılır.
Əjdər Tağızadə qeyd edib ki, Urmiya gölünün qurudulmasına qarşı çıxış edənlər zindana atılıb, onların qarşısı bu yollarla alınıb. İndi isə İranda etirazların baş verməsi ilə insanların bütün fikirləri gölün qurudulmasından yayındırılır.
Güney azərbaycanlı ekspert Səttar Sevgin idə bildirib ki, İranda hər zaman Azərbaycan türklərini farslaşdırmaq, əritmək, yox etmək istiqamətində siyasət həyata keçirilib.
Urmiya gölünün qurudulması İranın apardığı digər ekoloji siyasətdir. Səttar Sevginin sözlərinə görə, gölün qurudulmasında əsas məqsəd faciəvi bir vəziyyətin yaradılması, azərbaycanlı əhalinin bu ərazilərdən köçürülməsidir.
Fransada yaşayan hüquq müdafiəçisi, Ərk İnsan Haqları Müdafiə Komitəsinin sədri, əslən Cənubi azərbaycanlı Jalə Təbrizli deyib ki, Urmiya gölünün quruması azərbaycanlılara qarşı ayrı-seçkilikdir.
Urmuya gölünün böyük hissəsi qurudulub.
"14 milyon insan oradan köçməlidir. Çünki bu onların sağlamlıqlarına ciddi ziyan vurur. Sağlamlıqları üçün ciddi təhlükə var. Düz yelləri başlasa Tehrana qədər gedib çatacaq. Hər birimiz buna etiraz etməliyik. Biz orada etnik yox, millətik. Mən özümü Azərbaycan milləti olaraq görürəm. Biz ana dilimizdən istifadə edə bilmirik. Bu bizi təhqir etməkdir. Uşaqlarımız ana dilində təhsil ala bilmir. Həmçinin qadınlarımız da zülmə məruz qalırlar. Onların haqqları tanınmır”- bunu Jalə Təbrizli bildirib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox