Hindistan dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevriləcək - Amerikalı ekspertlər
Hindistan Yaponiya və Almaniyanı geridə qoyaraq dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevriləcək. S&P Global analitik şirkəti və Morgan Stanley Bankın proqnozlarına görə 2030-cu ilə qədər Asiya ölkəsinin nominal ümumi daxili məhsulunun (ÜDM) artımı 6,3% səviyyəsində qalacaq və 2031-ci ilə qədər ÜDM indiki göstəricidən iki dəfədən çox artacaq.
Hindistanın ümumi daxili məhsulunun illik nominal artımı 2030-cu ilə qədər orta hesabla 6,3% olacaq. Hindistanın ÜDM-i 2031-ci ilə qədər indiki səviyyəsini iki dəfədən çox artıracaq.
Eyni zamanda, proqnozların reallaşması Hindistanın ticarət və maliyyə liberallaşmasının davam etdirilməsindən, əmək bazarında islahatların aparılmasından, habelə Hindistanda infrastruktura və insan kapitalına investisiyalardan asılıdır. Buna baxmayaraq, Ridam Desai və Girish Achipaliya başda olmaqla Morgan Stanley analitikləri bildiriblər ki, ölkədə qarşıdakı illərdə "iqtisadi bum” üçün bütün ilkin şərtlər artıq var.
"Hindistanda ofşorlaşma, istehsala investisiyalar, enerjiyə keçid və ölkənin inkişaf etmiş rəqəmsal infrastrukturu nəticəsində yaranan iqtisadi bum üçün şərait yaradılıb", - Amerika bankının ekspertləri yekunlaşdırıblar.
Dekabrın 1-də Rusiyanın baş naziri Mixail Mişustin İran və Hindistan bazarlarına çıxışı olan yerli şirkətlərin məhsullarının tədarükünün genişləndirildiyini açıqlayıb. Hazırda ölkənin bir çox müəssisələri öz fəaliyyətlərini kökündən yenidən qurur, nəqliyyat-logistika sektorunda yeni prioritetlər yaranır. Bu baxımdan Asiya və Yaxın Şərq ölkələri Moskvaya qarşı beynəlxalq sanksiyalara görə çıxışı çətinləşən Qərb bazarlarına alternativ ola bilər.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox