PKK Suriyada terror aktı törətdi – dinc sakinlər öldü
PKK terror təşkilatı Suriyada terror aktı törədib. Bu barədə "Anadolu” agentliyi xəbər verir.
Hadisə "Barış Pınarı” əməliyyatının keçirildiyi ərazilərdə - Tel-Abyad rayonunda baş verib.
PKK yaşayış evlərindən birinə raket atıb.
Nəticədə 2 dinc sakin həyatını itirib, daha 2 nəfər isə xəsarət alıb.
Yaralıların xəstəxanaya yerləşdirildiyi bildirilib.
Tel-Abyad bölgəsi 2019-cu ilin oktyabrında Türkiyə ordusu tərəfindən keçirilən əməliyyatla PKK terrorçularından təmizlənib. Bununla belə, terrorçular vaxtaşırı olaraq ərazidə təxribatlar törətməyə cəhd edirlər.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox