Avropa Birliyi Tvitteri bloklaya bilər
Avropa İttifaqı amerikalı milyarder İlon Maska məxsus Tvitter-i Aİ-nin məzmunun moderasiya qaydalarına əməl etmədiyi təqdirdə bloklaya bilər. Bu barədə "Financial Times” məlumat yayıb.
Noyabrın 30-da Avropa sənayesinin rəhbəri Thierry Breton Mask ilə videogörüş keçirərək bildirib ki, qaydalara əməl edilmədiyi təqdirdə Twitter bloklana və ya qlobal dövriyyənin 6%-i qədər cərimələnə bilər.
"Twitter qaydaların yoxlanış siyahısına əməl etməlidir, o cümlədən qadağan olunmuş istifadəçilərin bərpasına özbaşına yanaşmamaq, aqressiv şəkildə dezinformasiya yaymamaq və gələn ilə qədər platformanın "geniş müstəqil auditinə” razılıq vermək lazımdır”, - nəşr yazır.
www.anews.az

Aİ-nin tələbləri arasında istifadəçilərin qadağan oluna biləcəyi aydın meyarların təmin edilməsi də var.
Lida Abbaslı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox