Yaponiyada kişi polis bölməsinə 2 mindən çox zəng edib
Yaponiyada bir həftə ərzində 2 min 60 dəfə polis bölməsinə zəng edən şəxs həbs edilib. Bu barədə xarici KİV mediasından məlumat verilib.
67 yaşlı kişi "dövlət xidmətinə mane olmaq" ittihamı ilə saxlanılıb.
Yoşio Şima adlı şəxs sentyabrın 30-u yerli vaxtla səhər saat 11:15-dən oktyabrın 8-i səhər saat 8:30-a qədər Saitama Polis İdarəsinə 2 min 60 dəfə zəng edib.
Ümumilikdə 27 saat polis idarəsinin telefonunu zəbt edən şübhəli hər zəngdə "Vergi oğrusu”, "İşdən qovuldun”, "Axmaq” kimi məmurları təhqir edib.
Texniki izləmə nəticəsində şəxsiyyəti müəyyən edilən Şimadanın telefonuna baxış keçirən polis həmin şəxsin dəfələrlə polis bölməsinə zəng edən şübhəli şəxs olduğunu təsdiqləyib.
Bildirilib ki, daha əvvəl də eyni səbəbdən saxlanılan Şimada "dövlət qulluğuna mane olmaq” ittihamı ilə həbs edilib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox