• $
  • £

“Şuşa ili”nə həsr olunan “270-ci səhifə” adlı sənədli filminin təqdimatı olub

“Şuşa ili”nə həsr olunan “270-ci səhifə” adlı sənədli filminin təqdimatı olub
03.12.2022 18:30
Bu gün Bakıda "Şuşa ili”nə həsr olunan "270-ci səhifə” adlı sənədli filminin təqdimatı olub.

Təqdimat mərasimində Şuşa uğrunda gedən döyüşlərdə fərqlənən Vətən müharibəsi iştirakçıları, ictimai xadimlər, deputatlar və media nümayəndələri iştirak ediblər.

Filmin ssenari müəllifi, "Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev tədbirdə film barədə məlumat verilib.

Ekran əsərində Şuşanın yarandığı gündən bu günə qədər olan tarix göstərilir:

"Şuşanı dünyaca məhşur edən yaradıcı insanlar, ictimai xadimlər haqqında ətraflı məlumat verilir. Filmdə Şuşanın üzləşdiyi ağır dövrlərə də ekskursiya edilir.
 
Şuşa şəhərinin yaradıcıları azərbaycanlılar olub. Məqsədimiz Şuşa haqqında həm yerli, həm də xarici auditoriyaya doğru və dolğun məlumatları çatdırmaqdır”.
 
"Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin "Erməni işğalı nəticəsində Şuşanın maddi-mənəvi irsinin talanması və təhsil ocaqlarının dağıdılması” adlı layihəsi bu il Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin "Şuşa ili”nə həsr olunan xüsusi müsabiqəsinin qalibi olub. "270-ci səhifə” adlı sənədli film bu layihə çərçivəsində hazırlanıb.

Əsas məqsədi işğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərəri göstərmək olan sənədli filmdə Şuşada işğal vaxtı ermənilər tərəfindən dağıdılmış mədəniyyət abidələri, məktəblər və tədris mərkəzləri, eləcə də bu şəhərdə mövcud olmuş mədəni mühit və milli irsimiz barəsində ətraflı söz açılır.

Filmin adı Qarabağımızın Mirvarisi Şuşa şəhəri bu il 270 yaşını qeyd etdiyinə görə rəmzi olaraq "270-ci səhifə" adlanır. Azərbaycanın müxtəlif tarixi dövrlərini yaşamış Şuşa şəhəri həm də bir tarix kitabıdır. Yaradıcı heyət film boyu sanki bu kitabı vərəqləyir.

Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad edir. Filmdə azad olunandan sonra gözəl Şuşanın artıq dirçəldilməsindən də bəhs olunur.

Daha sonra çıxış edən filmin aparıcısı, araşdırmaçı Müsəllim Həsənov qeyd edib ki, bu filmdə Şuşanın keçdiyi yol haqqında ətraflı məlumat veriləcək: "Güman edirəm ki, film hamının xoşuna gələcək”.

Təqdimatdan sonra çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev Şuşa ilə bağlı belə bir filmin çəkilməsini yüksək qiymətləndirib:

"Şəhidlərimizin qarşısında baş əyir, qazilərimizə şəfalar diləyirəm. Təklif edirəm ki, film digər dillərdə də yayımlansın”.

Ekran əsərinin ərsəyə gəlməsində Müsəllim Həsənov (araşdırmaçı), Zəka Quluyev (rejissor), Kəmalə Cahidqızı (prodüser), Emin Hüseynov (quruluşçu operator), Soltan İbrahimov (operator), Arzum Nuruşzadə (montaj) və Ayaz Mirzəyevdən (ssenari müəllifi) ibarət yaradıcı komanda birgə fəaliyyət göstərib.

Filmin tezliklə xarici dillərdə beynəlxalq auditoriyaya da təqdimatı nəzərdə tutulur.





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə İskəndərli Stokholm meriyasının mükafatına layiq görülən ilk azərbaycanlı olub
Mədəniyyət 19:02
Səbinə İskəndərli Stokholm meriyasının mükafatına layiq görülən ilk azərbaycanlı olub
Fransız arxeoloqun kəşf etdiyi qədim şəhər – Çorum
Mədəniyyət 15:05
Fransız arxeoloqun kəşf etdiyi qədim şəhər – Çorum
Dünya şöhrətli reper Kanye West Avropa turuna İstanbuldan başlayır-FOTOLAR
Mədəniyyət 13:37
Dünya şöhrətli reper Kanye West Avropa turuna İstanbuldan başlayır-FOTOLAR
Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Mədəniyyət 19:30
Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
Mədəniyyət 18:05
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
“ÇƏTİN”lə geri dönüş edən gənc istedadın çətin həyat hekayəsi
Mədəniyyət 20:29
“ÇƏTİN”lə geri dönüş edən gənc istedadın çətin həyat hekayəsi
Mardin Bienalı 2026 qədim şəhəri qlobal sənət mərkəzinə çevirəcək
Mədəniyyət 15:08
Mardin Bienalı 2026 qədim şəhəri qlobal sənət mərkəzinə çevirəcək
Türk Mətbəxi Həftəsi 2026-nın mövzusu açıqlanıb: “Bir Süfrədə Miras”
Mədəniyyət 12:14
Türk Mətbəxi Həftəsi 2026-nın mövzusu açıqlanıb: “Bir Süfrədə Miras”
İstanbul Qlobal Dizayn Forumuna ev sahibliyi edəcək
Mədəniyyət 12:16
İstanbul Qlobal Dizayn Forumuna ev sahibliyi edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol