• $
  • £

İranda etirazçıların edam olunmasına başlanılır

İranda etirazçıların edam olunmasına başlanılır
06.12.2022 10:49
İranda etirazlar səbəbindən həbs olunaraq edam cəzasına məhkum edilən şəxslərdən bəzilərinin cəzasının icra edilməsinə qərar verilib.
 
Bu barədə İranda məhkəmə hakimiyyəti qolunun rəhbəri Qulamhüseyn Möhsüni Əcai bildirib.
 
Əcainin sözlərinə görə, yaxın vaxtlarda indiyə qədər barələrində ölüm hökmü çıxarılmış 6 nəfərdən bir neçəsinin cəzasının icra edilməsinə başlanacaq.
 
O vurğulayıb ki, məhkəmə prosesi qısa müddətdə başa çatıb.
 
Terror diqqətə çatdırıb ki, konstitusiya quruluşunu dəyişməyə cəhd kimi ağır maddələrdə ittiham olunanlar edam cəzasına məhkum ediliblər. Xeyli insanın isə uzunmüddətli həbsinə qərar verilib.
 
"Ölüm hökmü çıxarılmış şəxslərin bir hissəsi tezliklə edam ediləcək”, - İran rəsmisi bəyan edib.
 
Sentyabrda hicab qaydasını pozmaq ittihamı ilə polis tərəfindən saxlanılan və müəmmalı şəkildə həyatını itirən 22 yaşlı Məhsa Əminin ölümündən sonra İranda kütləvi etirazlar başlayıb. Ailəsi Əminin heç bir xəstəliyinin olmadığını və polis tərəfindən döyülərək öldürüldüyünü, rəsmilər isə ürək çatışmazlığından vəfat etdiyini bəyan ediblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
Dünya 18:09
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb
Dünya 18:55
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb

Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
Dünya 17:44
Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol