Quş qripinə görə 8600 toyuq məhv edildi
Pinqtunq şəhərinin Yanpu qəsəbəsindəki fermalardan birində quş qripi virusu (H5N2) aşkarlanıb. Bu barədə xarici KİV-də məlumat yayılıb.
Xəstə quşlardan götürülmüş nümunələr araşdırılması üçün laboratoriyaya göndərilib.
Pinqtunq şəhərində quş qripi ilə bağlı tədbirlərə başlanılıb. Şəhərin şimalı riskli zona elan edilib və ərazidəki bütün təsərrüfatlarda dezinfeksiya və dərmanlama işlərinin həyata keçiriləcəyi açıqlanıb.
Əhaliyə ehtiyatlı olmaq barədə çağırış edilib.
Bu il virus daha çox evdə saxlanılan quşlarda yayılıb və xəstəliyin simptomları adətən görünməz olur. İnsanlarda xəstəlik daha ağır keçir və çox zaman ölümlə də nəticələnir.
Daha əvvəl Çində quş qripi epidemiyası onlarla insanın ölümü ilə nəticələnib.
O vaxt ölkədə böyük qorxu yayılmışdı. Nəticədə insanlar küçələrdə maskalarla gəzirdi, quşlar kütləvi şəkildə məhv edilirdi və insanlar ictimai yerlərdə yığışmaqdan çəkinirdilər.
Quş qripi və ya "avian influenza" müxtəlif növ quş və heyvanların yoluxucu xəstəliyidir. Virusun (A tipi) müxtəlif kombinasiyalarda birləşən 16H və 9N tipləri kimi təsnif olunur. Qeyd edilən növlər 2 qrupa bölünür ki, onlardan A(H5N1), həm quşlar, həm də insanlar üçün təhlükəli infeksiya növü hesab olunur, AQTA bildirir.
Ümumən, son illərdə narahatlıq doğuran virusun 4 növüdür - H5N1, H5N6, H7N9 və H9N2, Britaniyanın İctimai Səhiyyə Sistemi bildirir. İndiyədək insanların bu viruslara yoluxması nəticəsində bir sıra ölüm halları qeydə alınıb.
Ümumən, son illərdə narahatlıq doğuran virusun 4 növüdür - H5N1, H5N6, H7N9 və H9N2, Britaniyanın İctimai Səhiyyə Sistemi bildirir. İndiyədək insanların bu viruslara yoluxması nəticəsində bir sıra ölüm halları qeydə alınıb.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox