• $
  • €
  • ₽
  • ₺
  • £

Daşkəsənə 13 sm qar yağıb - FAKTİKİ HAVA

Daşkəsənə 13 sm qar yağıb - FAKTİKİ HAVA
07.12.2022 13:50
Dekabrın 7-də ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, qar örtüyünün hündürlüyü Daşkəsəndə 13 sm, Altıağacda 11 sm, Şəkidə 7 sm, Qaxda 6 sm, Lerikdə 4 sm, Xaltan, Qrızda 2 sm, Şamaxı, Quba, Yardımlıda 1 sm olub.

Düşən yağıntının miqdarı Lənkəranda 13.0 mm, Neftçalada 12.0 mm, Göytəpə, Astarada 6.0 mm, Tovuz, Lerik, Xaçmaz, Ağstafa, Quba, Şabran, Biləsuvar, Naftalan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz, Zaqatala, Şəki, Qax, Qobustan, Tərtər, Bərdə, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Yardımlı, Kəlvəzdə 4.0 mm, Bakıda və Abşeron yarımadasında: Maştağada 2.0 mm, Bakı, Binə, Pirallahıda 1.0 mm-dək olub.

Havanın temperaturu: iqlim normasından 4.7° aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3°-dək isti, Naxçıvan MR-da 5°-dək şaxta, dağlıq rayonlarda 8-13° şaxta, aran rayonlarında 4°-dək isti olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı, soyuq hava şəraiti şərq rayonlarında və Bakıda və Abşeron yarımadasında həftə sonunadək davam edəcək. Qərb rayonlarında isə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva Arkadağda Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzində
Cəmiyyət 23:10
Leyla Əliyeva Arkadağda Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzində
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin TEGoVA-ya üzvlüyü ilə bağlı yekun qərar Vyanada veriləcək
Cəmiyyət 21:01
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin TEGoVA-ya üzvlüyü ilə bağlı yekun qərar Vyanada veriləcək
Hakimiyyəti ələ keçirməyə çağıran 7 Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Cəmiyyət 18:26
Hakimiyyəti ələ keçirməyə çağıran 7 Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb
Cəmiyyət 17:35
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
Cəmiyyət 17:19
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
Nazir təyin olunan Anar Bayramov kollektivə təqdim edilib
Cəmiyyət 16:32
Nazir təyin olunan Anar Bayramov kollektivə təqdim edilib
“Şakro Molodoy”un adı çəkilən işdə azərbaycanlılara hökm oxunub
Cəmiyyət 15:38
“Şakro Molodoy”un adı çəkilən işdə azərbaycanlılara hökm oxunub
“44” filmini icazəsiz çəkənlər məsuliyyətə cəlb oluna bilər
Cəmiyyət 15:18
“44” filmini icazəsiz çəkənlər məsuliyyətə cəlb oluna bilər
Adnan Əhmədzadənin həbs müddəti 6 ay uzadılıb
Cəmiyyət 15:14
Adnan Əhmədzadənin həbs müddəti 6 ay uzadılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol