Rusiya Ukrayna müharibəsinin 295-ci günündə əsas HADİSƏLƏR
Rusiyanın Ukraynada hərbi əməliyyat keçirməsindən 295-ci gün keçir.
The Moscow Times yazır ki, Vladimir Putin son anda illik mətbuat konfransını şəxsən ləğv edib.
Almaniyada sursat zavodu tikiləcək - bu, Ukraynaya mərmi tədarükünü asanlaşdıracaq.
Xersonun bu gün atəşə tutulması nəticəsində ən azı iki nəfər həlak olub.
Rus ordusu Xarkov və Nikopola zərbələr endirib.
Rusiya ordusunun tərəfində döyüşlərə qatılan qondarma DXR və LPR milislərindən olan 15 döyüşçü Ukraynada vətənə xəyanət və əməkdaşlıq etdiyinə görə 15 il həbs cəzası alıb.
Sankt-Peterburqun Vasileostrovski Rayon Məhkəməsi rəssam Saşa Skoçilenkoya qarşı cinayət işinin mahiyyəti üzrə baxmağa başlayıb - o, Rusiya ordusu haqqında "saxtalar" yaymaqda ittiham olunur.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər