• $
  • £

Ukrayna rəsmisi İranın PUA zavodlarını darmadağın etməyə çağırıb

Ukrayna rəsmisi İranın PUA zavodlarını darmadağın etməyə çağırıb
24.12.2022 22:30
Rusiyaya pilotsuz uçuş aparatları (PUA) tədarük edən İran zavodları darmadağın edilməlidir.

Bu barədə Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak tviter səhifəsində yazıb.

"Rusiya üçün raketlərin, pilotsuz uçuş aparatlarının tədarükünü artırmağı planlaşdıran İran beynəlxalq sanksiyalar institutuna laqeyd yanaşır... İşləməyən sanksiyalardan, BMT qətnamələrinin etibarsız konsepsiyasından imtina edib daha destruktiv alətlərə - zavodların darmadağın, tədarükçülərin həbs edilməsinə keçmək vacibdir”, - o yazıb

Ukrayna rəsmiləri hesab edir ki, İran Rusiyaya "Mohajer-6” və "Shahed-136” PUA-ları satır. Kiyev administrasiyası dekabrın 14-də "Shahed-14” dronları ilə iki inzibati binaya ziyan vurulduğunu açıqlayıb. İran Xarici İşlər Nazirliyi Ukrayna müharibəsinin başlamasından bir neçə ay əvvəl Rusiyaya PUA satdıqlarını etiraf edib. Dekabrın 12-də Avropa İttifaqı Rusiyaya hərbi dəstəyinə görə İrana qarşı sanksiyalar tətbiq edib.

Rusiya və İran təyyarələrin, helikopterlərin istehsalı və hava nəqliyyatına texniki qulluq üzrə birgə layihələri müzakirə edirlər. Bundan əlavə, yaxın vaxtlarda Moskva və Tehran hərtərəfli əməkdaşlığa dair uzunmüddətli saziş imzalayacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq
Siyasət 13:05
Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq
Rusiya: Ukrayna münaqişəsi ilə bağlı Almaniya ilə rəsmi danışıqlar aparılmır
Siyasət 11:15
Rusiya: Ukrayna münaqişəsi ilə bağlı Almaniya ilə rəsmi danışıqlar aparılmır
Ermənistan parlamentinin yeni spikeri kimdir? - Dosye
Siyasət 14:40
Ermənistan parlamentinin yeni spikeri kimdir? - Dosye
Paşinyan: bazar günü hökumət istefa verəcək
Siyasət 14:47
Paşinyan: bazar günü hökumət istefa verəcək
Sabah Tramp Zelenski ilə görüşəcək
Siyasət 12:19
Sabah Tramp Zelenski ilə görüşəcək
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Siyasət 10:05
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi
Siyasət 17:30
Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib
Türkiyə İrana raketlərin hava məkanını pozmasının qəbuledilməz olduğunu bildirib
Siyasət 14:56
Türkiyə İrana raketlərin hava məkanını pozmasının qəbuledilməz olduğunu bildirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol