• $
  • £

Xankəndində yaşayan ermənilər evlərini kütləvi satışa çıxarıb - FOTOLAR

Xankəndində yaşayan ermənilər evlərini kütləvi satışa çıxarıb - FOTOLAR
26.12.2022 15:14
Xankəndidə yaşayan erməni əhalisinin bir çoxu  ərazidə tikilən evlərin kütləvi satışına başlayıb.
 
Elanları yerləşdirilən evlərin qiyməti 20 min dollardan başlayaraq 150 min dollara qədər dəyişir. Elanlarda qiymətlərin bir qismi erməni dramı, bir qismi isə ABŞ dolları ilə yerləşdirilib.
 
Politoloq Əziz Əlibəyli məsələni şərh edərkən bildirib ki, təhlükəsizlik faktoru səbəbindən Şuşa- Laçın yolunda aksiyalar başladıqdan sonra Xankəndidə ev satışı elanlarının səviyyəsi kəskin şəkildə artıb. Satışa çıxarılan evlərin böyük əksəriyyəti isə tikintisi yekunlaşmamış evlərdir.
 
"Alıcılar sırasında xarici ölkə vətəndaşlarının olması əsas faktorlardan biridir. Siyahıda əsasən də, Rusiya vətəndaşları öncəlik təşkil edir. Lakin kütləvi şəkildə heç bir ölkə vətəndaşının bölgəyə köçü mümkün deyil”, - politoloq bildirib
 
 Əziz Əlibəylinin sözlərinə görə, mülkiyyətin satışı məsələsində hansı qanunvericiliyə istinad məsələsi ortaya çıxır.  
 
"Qondarma rejimin qanunları Azərbaycan tərəfindən qəbul olunmadığı üçün azərbaycanlıya satış olunarsa, Azərbaycan qanunvericiliyinə istinad olunmalıdır. Bu halda da, satışı edən şəxslər Azərbaycan vətəndaşlığını da qəbul etmiş olar”, - politoloq deyib.
 
Politoloqun sözlərinə görə, xarici vətəndaşın, o cümlədən qondarma rejimin qanunvericiliyi ilə ev alan ermənilərin  mülkiyyət haqqı Azərbaycan qanunvericiliyi tərəfindən qəbul edilmir və həmin şəxslər Xarici İşlər Nazirliyinin  qara siyahısına salınır.
 
"Bundan sonra Azərbaycanın ikitərəfli müqavilə bağladığı ölkələrdə həmin şəxslərin hərəkət imkanları məhdudlaşdırılır. İnterpol tərəfindən həbslərinə sanksiya qoyula bilir”, - Əlibəyli bildirib.
 
Dekabrın 12-dən başlayaraq bir qrup azərbaycanlı ekoloq Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazidə faydalı yataqların qanunsuz istismarı əleyhinə etiraz aksiyasına başlanılıb. Həmin müddətdə ermənilər azərbaycanlı ekoloqların aksiyasına etiraz olaraq iki dəfə aksiya keçirib. Onların aksiya keçirməsində əsas səbəb Laçın dəhlizinin bağlı olmasına görə ərzaq, yanacaq və digər ehtiyaclardan məhrum olmaq olub.  
 
Bu müddətdə bir sıra beynəlxalq təşkilatlar Azərbaycan tərəfini yolu açmağa çağırıb. 
 
Azərbaycan hökuməti "Laçın dəhlizi”nin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olduğunu vurğulayaraq, Ermənistanın iddialarını təkzib edib.
 
Rəsmi Bakı bildirib ki, Rusiya sülhməramlılarının nəzarətindəki ərazidə keçirilən aksiya siyasi deyil, ekoloji məqsəd daşıyır və Azərbaycan tərəfi həmin ərazilərdə yaşayan erməni əhalisinə istənilən dəstəyi göstərməyə hazırdır. 


Lida Abbaslı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol