Türkiyə həftədə 4 günlük iş rejimini sınaqdan keçirir
Türkiyədə ilk dəfə korparativ şirkət daxilində həftədə 4 günlük iş rejimi tətbiq olunacaq. Bu barədə Türkiyə mediasında məlumat yayılıb.
Bildirilib ki, 1450 işçisi olan Aksa Akrilik adlı şirkət həmin prosesi 1 yanvar-31 mart 2023-cü il tarixləri arasında tətbiq edəcək.
Bu sınaq əlavə maaş almayan təxminən 200 işçiyə tətbiq ediləcək. İştirak etmək istəyənlərin qəbulu isə müraciət əsasında həyata keçiriləcək.
4 günlük iş rejimi İspaniya, Belçika, İslandiya, Böyük Britaniya, Hollandiya, İsveç, Almaniya, Danimarka, Finlandiya, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada, ABŞ və Avstraliya kimi ölkələrdə tətbiq edilir.
Bir çox ölkə eyni məhsuldarlıq səviyyəsini saxlamaqla iş vaxtını azaltmaq haqqında sınaqlar həyata keçirir.
Avropa Parlamenti həftədə 48 saat maksimum iş normasını təyin edib. Bəzi ölkələr buraya öz istisnalarını əlavə edib. Məsələn, Finlandiya belə hesab edir ki, onun vətəndaşları 40 saatdan çox yox, məhz 32 saat işləməlidir. Adətən isə avropalılar həftədə 35 saat işləyir.
Hollandiya ən qısa orta statistik iş həftəsinə – 27 saat normasına sadiqdir. Holland müəssisələri 4 günlük iş gününə keçid edir, orta işçinin iş günü isə 7 saat 30 dəqiqə təşkil edir.
İrlandiya və Fransada isə iş həftəsi 35 saatdır. Bu dünyada ən aşağı səviyyəli göstəricilərdən biri olsa da, İrlandiyada əməyin məhsuldarlığı kifayət qədər yüksək səviyyədədir. Fransada cümə günü rəsmi olaraq iş günü hesab edilsə də, bir çox şirkətlər bu günü qısaldır. Cümə günü nahar fasiləsindən sonra kimisə öz iş masasının arxasında görmək çətin məsələ olur. Keçən əsrin 90-cı illərində Fransada 35 saatlıq iş normasının tətbiq edilməsi əhali arasında narazılığa səbəb olmuşdu.
Danimarka əhalisi gün ərzində 7 saat 21 dəqiqə işləyir. Burada iş həftəsinin davamiyyət müddəti 37,5 saat tə.kil edir ki, bu da Avropada ən aşağı səviyyəli göstəricilərdən biridir. Lakin bununla belə, danimarkalılar saatda təqribən 37,6 avro qazanır.
Almaniyada iş həftəsi 38 saat davam edir. Bundan əlavə, ölkədə mövcud olan təcrübəyə əsasən, hər hansı bir şirkətdə maliyyə problemləri yarandıqda əməkdaşların ixtisar edilməsi əvəzinə iş saatı azaldılır.
Norveç sakinləri isə həftədə 39 saat çərçivəsində çalışır. Avropada ən əməkseçər ölkələr Böyük Britaniya, Yunanıstan və portuqaliyadır. Britaniyalılar həftədə 43,7, portuqaliyalılar 48, yunanlar isə 43,7 saat işləyir.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər