Ukraynanın bütün ərazilərinə hava hücumu xəbərdarlığı edilib
Ukraynada qərb bölgələri istisna olmaqla, bütün ərazilərdə hava hücumu xəbərdarlığı edilib. Bu barədə UNİAN xəbər agantliyində məlumat yayılıb.
Ukrayna əməliyyat komandanlığından verilən məlumata görə , saat 5:33-də cənub rayonlarına hava hücumu xəbərdarlığı elan edilib. Saat 06:04-ə olan məlumata görə, həyəcan təbili qərb bölgələri istisna olmaqla, bütün rayonlara yayılıb.
Medianın məlumatına görə, bundan əlavə, strateji aviasiyanın fəaliyyəti ətrafda müşahidə olunub.
Odessa OVA-nın spikeri Sergey Bratçukun sözlərinə görə, Qara dənizdəki reaktiv daşıyıcılara daha bir sualtı qayıq əlavə edilib.
Hərbi ekspertlər və Ukrayna Silahlı Qüvvələri söylərir ki, Rusiya yeni il bayramları ərəfəsində və ya onların arasında Ukraynaya zərbə endirməyi planlaşdırır. Belə ki, Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirici Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk rusların məhz bayram günlərində Ukraynaya kütləvi hücuma keçmək niyyətinə olacaq.
Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib ki, müharibənin bayram günləri yoxdur, ona görə də Yeni il ərəfəsində şəhərlərin atəşə tutulması ehtimalı var. Biz hər şeyə hazır olmalıyıq, baxmayaraq ki, hələlik konkret günlərdə bombardmana hazırlıq barədə məlumat yoxdur.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər