• $
  • £

Nyu York ştatında havanın istiləşməsi ilə daha çox cəsəd aşkar edilib

Nyu York ştatında havanın istiləşməsi ilə daha çox cəsəd aşkar edilib
29.12.2022 10:34
Nyu Yorkun Baffaloya ştatında donun əriməsi ilə  30-dan çox şəxsin cəsədi tapılıb. Bu barədə xarici KİV- də məlumat yayılıb.

Entveyn Parker "The Buffalo News" qəzetinə anası Karolin Yubanks ona yardım etməyə çalışan tanımadığı insanların evində öldüyünü deyib.

63 yaşlı Yubanksa oksigen aparatı taxılmalı idi. Evində elektrikin kəsilməsi və çovğun zamanı fövqəladə hallar xidmətinin zənglərə cavab verə bilməməsi səbəbindən Parker ögey qardaşı ilə birlikdə anasını xilas etmək üçün qarda maşın sürdüyünü deyib.
 
Onun sözlərinə görə, anasını maşına apararkən yıxılıb.

Milli Meteoroloji Xidmətdən verilən məlumata görə, temperaturun təxminən müsbət 7 dərəcəyə,  daha sonra isə təxminən müsbət 10 dərəcəyə yüksələcəyi gözlənilir.

Nyu York ştatının rəsmiləri, əsasən də Baffaloda avtomobillərdə və qarın altında qalan cəsədlərin aşkar edildiyini, xilasedicilər və təcili yardım işçilərinin sağ qalanları axtardığını deyib.

Flightaware saytının məlumatına görə, qar fırtınası, temperaturun sıfırdan aşağı olması son günlər ABŞ-da 15 mindən çox uçuşu, eləcə də bazar ertəsi 4 mindən çox uçuşu ləğv etməyə məcbur edib.

1977-ci ildə baş verən tarixi çovğun 29 nəfərin həyatına son qoyub.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb
Dünya 18:55
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb

Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
Dünya 17:44
Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir

NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Dünya 17:11
NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol