• $
  • £

78 faiz insan Laçın- Xankəndi yolundakı aksiyanın müsbət nəticəsini gözləyir - SORĞU

78 faiz insan Laçın- Xankəndi yolundakı aksiyanın müsbət nəticəsini gözləyir - SORĞU
29.12.2022 11:16
Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğuya görə vətəndaşların 88.1 % -i Xankəndi-Laçın yolunda keçirilən aksiyaları izlədiyini, 54.1 % tez-tez izlədiyini, 34% bəzən izlədiyini, 11.9 % isə heç izləmədiyini açıqlayıb. Bu barədə Mərkəzin son sorğu hesabatında dərc olunub. 

Azərbaycanın təbii sərvətlərinə qarşı aparılan terrora son qoyacaqmı? Sualına isə respondentlərin 78.6% bəli, 14.2%-i isə xeyr cavabını verib. 7.2% insan isə cavab verməkdə çətinlik çəkib. 

Sorğu 12 iqtisadi rayonu əhatə edib. Cavabların faiz nisbətində kişilər üstünlük təşkil edib. 

Dekabrın 12-dən başlayaraq bir qrup azərbaycanlı ekoloq Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazidə faydalı yataqların qanunsuz istismarı əleyhinə etiraz aksiyasına başlanılıb. Həmin müddətdə ermənilər azərbaycanlı ekoloqların aksiyasına etiraz olaraq iki dəfə aksiya keçirib. Onların aksiya keçirməsində əsas səbəb Laçın dəhlizinin bağlı olmasına görə ərzaq, yanacaq və digər ehtiyaclardan məhrum olmaq olub.  

Bu müddətdə bir sıra beynəlxalq təşkilatlar Azərbaycan tərəfini yolu açmağa çağırıb. 
 
Azərbaycan hökuməti "Laçın dəhlizi”nin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olduğunu vurğulayaraq, Ermənistanın iddialarını təkzib edib.
 
Rəsmi Bakı bildirib ki, Rusiya sülhməramlılarının nəzarətindəki ərazidə keçirilən aksiya siyasi deyil, ekoloji məqsəd daşıyır və Azərbaycan tərəfi həmin ərazilərdə yaşayan erməni əhalisinə istənilən dəstəyi göstərməyə hazırdır. 

Dekabrın 28-də Ermənistan mətbuatının məlumatına görə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qeyri-qanuni olaraq faydalı qazıntılar hasil edən "Base Metals” şirkətinin rəhbərliyi mədənlərin fəaliyyətini müvəqqəti dayandırmaq qərarı alıb.
 
Şirkət fəaliyyətləri ilə bağlı ekoloji ekspertiza keçirmək üçün beynəlxalq təşkilatlara müraciət edəcəyini açıqlayıb. 

"Base Metals” şirkətinin fəaliyyət göstərdiyi  "Qızılbulaq” qızıl yatağı hazırda Kəlbəcərin inzibati ərazisinə daxildir.  "Dəmirli” mis-molibden yatağı isə Azərbaycanın inzibati xəritəsində Tərtər rayonuna daxildir. Vaxtilə keçmiş Ağdərə rayonuna daxil olan Dəmirli kəndi Milli Məclisin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə Tərtər rayonunun inzibati tərkibinə verilib. Azərbaycanın ən böyük mis yataqlarından biri məhz bu kənddə yerləşir. Hələ 2019-cu ildə "Azersky" peyklərinin təsvirləri vasitəsilə "Dəmirli” mədən yatağının 740 hektar ərazisində ermənilər tərəfindən qanunsuz olaraq geoloji kəşfiyyat, qazıntı-hasilat işlərinin və yeni infrastruktur elementlərinin (yol, bina, qurğu və s.) tikintisinin aparıldığı müəyyənləşib.
 

"Qızılbulaq” və "Dəmirli" yataqları Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə illər öncə bağlanılan sazişə uyğun olaraq ABŞ-ın "R.V.İnvestment"in şirkəti tərəfindən istismar olunmalıdır. Lakin həmin ərazilər uzun illərdir işğal altında olduğundan, "R.V.İnvestment"in şirkəti orada fəaliyyət qura bilməyib. Məlumatlara görə, ermənilər işğal dövründə hər iki yatağın qanunsuz istismarına xarici şirkətləri cəlb ediblər. Bir-birindən 15 kilometr uzaqlıqda yerləşən "Qızılbulaq” və "Dəmirli” yataqlarında qanunsuz işlər İkinci Qarabağ Müharibəsindən sonra dayandırılmışdı. Lakin son vaxtlar – rusiyalı milyarder Ruben Vardanyanın Qarabağ separatçılarının rəhbərliyinə - qondarma "dövlət naziri” postuna gətirilməsindən sonra orada yenidən qanunsuz fəaliyyətə başlanılıb.

Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda qadın siyasətçilərin sayı niyə azdır? - Araşdırma
Cəmiyyət 10:37
Azərbaycanda qadın siyasətçilərin sayı niyə azdır? - Araşdırma
Yay Olimpiya Oyunlarında qızıl medal qazananlar 400 min manat alacaq - Sərəncam
Cəmiyyət 14:20
Yay Olimpiya Oyunlarında qızıl medal qazananlar 400 min manat alacaq - Sərəncam
Milli Məclis buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib - SƏRƏNCAM
Cəmiyyət 15:02
Milli Məclis buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib - SƏRƏNCAM
Keçən il müdafiə xərcləri 27,4% çoxalıb
Cəmiyyət 13:17
Keçən il müdafiə xərcləri 27,4% çoxalıb
Prezident İlham Əliyev BDU-nun rektoru ilə bağlı sərəncam imzalayıb
Cəmiyyət 14:39
Prezident İlham Əliyev BDU-nun rektoru ilə bağlı sərəncam imzalayıb
Onlar Ələsgər Məmmədlinin azadlığa buraxılması üçün nazirə müraciət edib
Cəmiyyət 16:02
Onlar Ələsgər Məmmədlinin azadlığa buraxılması üçün nazirə müraciət edib
Vergi işçiləri təltif olunub - Sərəncam
Cəmiyyət 16:07
Vergi işçiləri təltif olunub - Sərəncam
Hərbçilərin pensiya yaşı artırılıb
Cəmiyyət 13:25
Hərbçilərin pensiya yaşı artırılıb
Azərbaycan hərbçisi Zəngilanda yaralanıb - VİDEO
Cəmiyyət 17:39
Azərbaycan hərbçisi Zəngilanda yaralanıb - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol