• $
  • £

UNICEF Laçın dəhlizinin bağlanmasına görə Qarabağdakı uşaqların durumundan narahatdır

UNICEF Laçın dəhlizinin bağlanmasına görə Qarabağdakı uşaqların durumundan narahatdır
29.12.2022 14:08
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Laçın dəhlizinin bağlanması səbəbindən Qarabağda yaşayan erməni uşaqları üçün ərzaq çatışmazlığı təhlükəsindən narahatlığını bildirib.


"Laçın dəhlizi ilə Qarabağa çıxışın bağlanması uşaqlara təsir edir. Bu vəziyyət nə qədər uzun müddət davam edərsə, bir o qədər çox uşaqlar əsas qida maddələrində çatışmazlığa düşəcək və yaşamaq, sağlam və rifah halında böyümək üçün lazım olan bir çox əsas xidmətlərdən istifadə edə bilməyəcəklər. Həmçinin, bir çox uşaqlar valideynlərindən və ya qanuni qəyyumlarından ayrı düşdüyü üçün valideyn himayəsindən məhrumdurlar”, - Fondun saytında yerləşdirilən məlumatda deyilir.

Sənəddə qeyd olunur ki, Qarabağda  uşaqların müdafiəsini təmin etmək və humanitar təşkilatların ehtiyacı olanlara təhlükəsiz və tez bir zamanda çata bilməsini təmin etmək üçün vacibdir. 
 
Dekabrın 12-dən başlayaraq bir qrup azərbaycanlı ekoloq Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazidə faydalı yataqların qanunsuz istismarı əleyhinə etiraz aksiyasına başlanılıb. Həmin müddətdə ermənilər azərbaycanlı ekoloqların aksiyasına etiraz olaraq iki dəfə aksiya keçirib. Onların aksiya keçirməsində əsas səbəb Laçın dəhlizinin bağlı olmasına görə ərzaq, yanacaq və digər ehtiyaclardan məhrum olmaq olub.  

Bu müddətdə bir sıra beynəlxalq təşkilatlar Azərbaycan tərəfini yolu açmağa çağırıb. 
 
Aksiya keçirilən 18 gün ərzində Azərbaycan tərəfi sülhməramlılara məxsus maşınların hərəkətində heç bir problem yaratmayıb. Bu dövr ərzində 45 dən çox maşın maneəsiz hərəkət edib.
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb
Dünya 18:55
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb

Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
Dünya 17:44
Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir

NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Dünya 17:11
NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol