Ermənistan və Rusiyada donuz qripi yenidən yayılıb
Ermənistanda donuz qripi yayılmağa başlayıb. Bu barədə Ermənistanın səhiyyə naziri Anahit Avanesyan hökumətin iclasında söyləyib.
O bildirib ki, koronavirusla bağlı vəziyyət ürəkaçan olsada, qripə yoluxma halları artır.
Nazir həmçinin 12 yaşınadək uşaqları və xroniki xəstəlikləri olan vətəndaşları qripə qarşı peyvənd olunmağa çağırıb.
Tass-ın məlumatına görə daha əvvəl Rusiyanın 86 regionunda donuz qripi aşkarlanıb.
Rospotrebnadzor qeyd edib ki, bu, ölkədə dolaşan respirator virusların strukturunda ən çox yayılan variantıdır.
Qrip olmayan etiologiyalı digər respirator viruslar arasında RS virusları, rinoviruslar və metapnevmoviruslar üstünlük təşkil edib.
Donuz qripi"nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub.
Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur.
Donuz qripi tənəffüs yollarının iltihabıdır. Qripin A qrupuna aiddir. Adətən donuzlara yoluxur, lakin insanlara da keçə bilir. Bu qrip virusunun yeni ştammıdır və güman edilir ki, iki köhnə qrip virusunun eyni donuzu yoluxdurması nəticəsində yaranıb.

Vəziyyətlə bağlı, Rusiya səhiyyə naziri Mixail Muraşko əhalini ictimai yerlərdə maska taxmağa çağırıb. Onun sözlərinə görə, hazırda qrip və koronavirus infeksiyası sürətlə yayılır. Yeni il bayramlarından sonra və fevralın sonlarında infeksion xəstəliklərin yayılması pik həddə çatacaq.(Supitnik.az)
Aytac Zeynalova
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər