• $
  • £

İranda ölən etirazçıların sayı açıqlandı

İranda ölən etirazçıların sayı açıqlandı
29.12.2022 17:05
İranda qətlə yetirilən etirazçıların sayı 508-ə çatıb. Bu barədə İran Hüquq Müdafiəçiləri Qrupunun xəbər ajansı- HRANA məlumat yayıb.

Qurumun məlumatına görə, 17 sentyabrdan 28 dekabradək ölkədə davam edən etiraz nümayişlərində 69-i uşaq olmaqla 508 nəfərin repressiv qüvvələr tərəfindən öldürüldüyünü bildirib.

Bununla yanaşı, 18.666 nəfərin saxlanıldığı bildirilir. Onlardan yalnız 4.137 nəfərin kimliyi və saxlanılma yeri bəllidir.

Eyni zamanda, həbs olunanlardan 667-i tələbədir.

Bu müddət ərzində 161 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 144 universitetin tələbələri bu nümayişləri dəstəkləyiblər. Ən çox itki sünnilərin cəmləşdiyi Sistan-Bəlucistan əyalətində baş verib.

Cari ilin sentyabrın 16-dan başlayaraq İranda etiraz aksiyaları keçirilir.
 
22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb edirlər. Aksiyalar zamanı 10 mindən çox etirazçı saxlanılıb. Onlar arasında xarici ölkə vətəndaşları da var.

 Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb
Dünya 18:55
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb

Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
Dünya 17:44
Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir

NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Dünya 17:11
NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol