Ermənistan-Rusiya münasibətləri yenidən gərginləşmə mərhələsinə keçib - KİV
Ermənistan-Rusiya münasibətləri yenidən gərginləşmə mərhələsinə keçib. Bu barədə "Hraparak" məlumat verib.
Ermənistan Dövlət Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətin iclasında buna münasibət bildirib.
"Rusiya Federasiyası obyektiv və ya subyektiv səbəblərdən Qarabağda sabitliyi və təhlükəsizliyi təmin edə bilmirsə, o, BMT Təhlükəsizlik Şurasında Qarabağ sülhməramlı qüvvələrinə əlavə BMT mandatı verilməsi və ya əlavə çoxmillətli hərbi qüvvə göndərilməsi məsələsini qaldırmalıdır".
Qəzətin məlumatına görə, hər iki halda Rusiya tərəfinin cavabı gecikməyib.
"Münaqişənin iki tərəfi arasında razılıq olarsa, beynəlxalq sülhməramlılar cəlb oluna bilər. Söhbət təkcə Ermənistandan deyil, həm də Azərbaycandan gedir”, - Kremlin mətbuat katibi Dimitri Peskov bildirib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər