2022- ci ildə ən çox həbs edilən jurnalistlər bu ölkənindir
2022- ci ildə İran jurnalistlərin ən çox həbs olunduğu ölkələr siyahısında birinci yeri tutur. Bu barədə Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.
Etirazlarla bağlı həbs edilən 49 jurnalistdən 22-nin qadın müxbir və jurnalist olması İranda ümumi etirazların işıqlandırılmasında qadınların mühüm rolunu göstərir",- hesabatda bildirilir.
Komitə Tehran rejimin jurnalistlərin peşə fəaliyyətinə görə həbs etməsini pisləyib.
Komitə əlavə edib ki, İranda ümumi etirazlardan sonra həbs olunan minlərlə insan arasında onlarla jurnalist və müxbirin adlarını görmək olar.
İran xalqının ümumi etirazlardakı tələbləri hazırda İslam Respublikasının devrilməsidir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər