• $
  • £

Reznikov rusiyalılara xəbərdarlıq edib: “Bir həftəniz qalıb”

Reznikov rusiyalılara xəbərdarlıq edib: “Bir həftəniz qalıb”
31.12.2022 23:30
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov rusiyalılara xəbərdarlıq edib ki, Moskva yeni səfərbərlik dalğasına hazırlaşır və bir həftə ərzində ölkə sərhədlərini bağlamağı planlaşdırır.

Bu barədə o videomüraciətində deyib.

"Yeni il ərəfəsində hərbi xidmətə cəlb olunan Rusiya vətəndaşlarına müraciət edirəm, bu, ilk növbədə Rusiyanın böyük şəhərlərinin sakinlərinə aiddir. Mən dəqiq bilirəm ki, hələ bir həftəyə yaxın vaxtınız qalıb, ən azı seçiminiz var. Yanvarın əvvəlində Rusiya hakimiyyəti kişilər üçün sərhədləri bağlayacaq, sonra hərbi vəziyyət elan edəcək və növbəti səfərbərlik dalğasına başlayacaq. Belarusda da sərhədlər bağlanacaq”, - Oleksiy Reznikov bildirib.

Reznikov rusiyalıları onun sözünə inanmağa çağırmadığını, lakin onlara belə bir sual verdiyini deyib: "Siz müharibəyə gedəndə harada ölə və ya ömürlük şikəst qala bilərsiniz, konkret nə üçün döyüşəcəksiniz?”.

O, 10 aydır ki, hər şeyin "plan üzrə” getdiyini iddia edən Rusiya hərbçilərinin "planını” da tənqid edib: "Bu "plana” görə, on minlərlə dustaq zonalardan özəl hərbi şirkətə cəlb olunur. Bu şirkətin sahibinə (Yevgeni Priqojin – red.) rusiyalı kadr hərbçilərini əsgi yerinə qoymaq icazə verilir. Baxmayaraq ki, sadə insanlar "ordunu nüfuzdansalma”ya görə həbsxanaya atılırlar.

Reznikovun fikrincə, bu "plana” görə, rusiyalılar yarım ildir ki, Ukraynanın kiçik Baxmut şəhərinə uğursuz şəkildə hücum edir, orada on minlərlə əsgər itiriblər..

Həmçinin, işğalçıların "planına” görə, İsveç və Finlandiya NATO-ya daxil olmalarını başa çatdırır, baxmayaraq ki, bir il əvvəl bu ölkələr neytral qalmaq istəyirdilər.

Müdafiə nazirinin sözlərinə görə, Rusiya rəhbərliyi Ukraynaya qarşı müharibə ideyasının onlar üçün fəlakətə çevrildiyini çoxdan başa düşüb: "Bu müharibəni mümkün qədər tez bitirmək Rusiyanın maraqlarına uyğundur”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Siyasət 15:09
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
ABŞ Ukrayna üzrə razılaşmanı 4 iyuladək əldə etməyə çalışır — Bloomberg
Siyasət 14:30
ABŞ Ukrayna üzrə razılaşmanı 4 iyuladək əldə etməyə çalışır — Bloomberg
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
Siyasət 17:49
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Siyasət 10:49
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Siyasət 16:06
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Siyasət 12:56
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Xamenei iranlıları birliyi qorumağa çağırıb
Siyasət 13:36
Xamenei iranlıları birliyi qorumağa çağırıb
“Tramp yolu”nun Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir -Rusiya XİN
Siyasət 10:02
“Tramp yolu”nun Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir -Rusiya XİN
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Siyasət 14:58
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol