Ukrayna azad olunan ərazilərin nisbətini açıqlayıb
Ukrayna fevralın 24-dən sonra işğal olunan ərazilərinin 40 %-ni azad edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı ilin yekunlarına dair teleqramda yazıb.
Ukrayna Silahlı Qüvvələri fevralın 24-dən bəri işğal olunmuş ərazilərin 40 %-ni və ya 40 min kvadratkilometr ərazini azad edib. Bu, Krım da daxil olmaqla, Rusiya qüvvələrinin işğal etdiyi bütün ərazilərin 28 %-ni təşkil edir.
Ukrayna Ordusu 1 500 km-lik aktiv cəbhə xətti də daxil olmaqla 3 786 kilometrlik quruda düşmənin qarşısını alır. Bundan başqa, 2022-ci il ərzində Ukrayna Silahlı Qüvvələri 100 mindən çox Rusiya hərbçisini, 3 min tankı, 6 min zirehli texnikasını, 2 min artilleriya sistemini, 420 reaktiv yaylım atəş sistemini, 300-ə yaxın döyüş təyyarəsini və 270 helikopteri məhv edib.
Ukrayna hərbçilərinin təlimi 17 Avropa ölkəsinin ərazisində həyata keçirilir. Ukraynanın Qərb müttəfiqlərinin dəstəyi sayəsində 20 min hərbçi təlimdən keçib.
Döyüş bölgələrindən 600 mindən çox insan təxliyə edilib, mindən çox ağır yaralı müalicə olunmaq üçün Qərb ölkələrinə göndərilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər