• $
  • £

Qanunsuz neft məhsulları satışının qarşısı alınıb

Qanunsuz neft məhsulları satışının qarşısı alınıb
21.01.2023 18:00
Bakıda qanunsuz neft məhsulları satışının qarşısı alınıb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

FHN-in "112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 40 ünvanında yerləşən "Avto Qarant” ASC-nin ərazisində yanğın və texniki təhlükəsizlik qaydalarına zidd olaraq yanacaq məhsulları (yağ) ilə dolu çənlərin saxlanılması və qanunsuz satışının həyata keçirilməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları dərhal göstərilən ünvana cəlb edilib.

Keçirilən baxış zamanı həqiqətən də yanğın və texniki təhlükəsizlik qaydalarının bir sıra tələblərinin kobud şəkildə pozulması ilə insan həyatı və sağlamlığı üçün təhlükə yaradaraq, neft məhsullarının saxlanılması və satışının həyata keçirilməsi faktı aşkar edilib.

Aşkar olunan nöqsanların insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, çənlərin istismarı FHN əməkdaşları tərəfindən dərhal dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş akt sahibkara təqdim edilib. Bununla yanaşı, yanğın və texniki təhlükəsizliklə bağlı sahibkar və işçilərlə profilaktik söhbət aparılıb.

Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinin təmin edilməsi istiqamətində birgə fəaliyyətini davam etdirir. (report.az)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Astarada dənizdə boğulduğu deyilən şəxsin ölkə xaricinə getdiyi məlum olub
Cəmiyyət 16:00
Astarada dənizdə boğulduğu deyilən şəxsin ölkə xaricinə getdiyi məlum olub
Jurnalist Nurani dəfn olunub - Yenilənib
Cəmiyyət 14:47
Jurnalist Nurani dəfn olunub - Yenilənib
Sumqayıtda ev yanıb, xəsarət alan var
Cəmiyyət 14:10
Sumqayıtda ev yanıb, xəsarət alan var
Şükufə Yusupova yol qəzası keçirib, vəziyyəti ağırdır - Yenilənib
Cəmiyyət 14:08
Şükufə Yusupova yol qəzası keçirib, vəziyyəti ağırdır - Yenilənib
M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir
Cəmiyyət 12:56
M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir
Sabah 40 dərəcə isti olacaq
Cəmiyyət 12:15
Sabah 40 dərəcə isti olacaq
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:05
Faktiki hava açıqlanıb
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 09:15
Xəzər dənizində zəlzələ olub
İmişlidə avtomobilin vurduğu piyada ölüb
Cəmiyyət 23:10
İmişlidə avtomobilin vurduğu piyada ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol