• $
  • €
  • ₽
  • ₺
  • £

Mal-qara oğurlayan dəstə üzvləri ələ keçdi

Mal-qara oğurlayan dəstə üzvləri ələ keçdi
24.01.2023 19:00
Mal-qara oğurlamaqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb.
 
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Veyisli kəndi ərazisində silsilə oğurluq hadisələri törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. 
 
Araşdırmalar zamanı məlum olub ki, Kəlbəcər rayonunda qeydiyyatda olmaqla Goranboy rayon Veysli kəndində yaşayan Baloğlan Zeynallı tanışları Səxavət İbrahimov, Elvin Şirinov və Cavid Hüseynov ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında müxtəlif vaxtlarda vətəndaşlara məxsus ümumi dəyəri 4000 manatdan çox olan 24 baş xırda buynuzlu mal-qaranı oğurlayıb.
 
Bundan başqa B. Zeynallı və S. İbarhimovun həmkəndlilərinə məxsus dəyəri 1000 manat olan iri buynuzlu mal-qaranı da oğurlaması məlum olub. Saxlanılan şəxslərin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onların Tərtər rayon sakinləri Samid Vəliyev və Vəhruz Alıyev ilə razılaşıb oğurladıqları mal-qaranı sonunculara satması da məlum olub.
 
Bundan başqa şöbə əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 300 manat dəyərində 30 ədəd dəmir dirəkləri oğurlamaqda şübhəli bilinən Rövşən Qasımov, 680 manat dəyərində plastic su borusunu oğurlamaqda şübhəli bilinən İsmət Məmmədov və vətəndaşın evindən 170 manat nağd pulu oğurlamaqda şübhəli bilinən Mehdi Sərdarov da saxlanılıb.
 
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Gəncədə qəza olub, üç nəfər xəsarət alıb
Cəmiyyət 17:45
Gəncədə qəza olub, üç nəfər xəsarət alıb
Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb
Cəmiyyət 17:29
Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol