• $
  • £

Ermənistan KTMT baş katibinin müavininin vəzifəsindən imtina edib

Ermənistan KTMT baş katibinin müavininin vəzifəsindən imtina edib
10.03.2023 16:57
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) baş katibinin müavini vəzifəsinə edilən təklifdən imtina edib. Bu barədə cümə günü respublika Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan məlumat verib.
 
Bu il KTMT ölkələrinin Müdafiə Nazirləri Şurasının iclası mayın 25-də Minskdə keçiriləcək. 

Hazırda KTMT baş katibinin üç müavini var: Valeri Semerikov (Rusiya Federasiyası), Samat Ordabayev (Qazaxıstan), Tahir Xayruloyev (Tacikistan). Baş katib üç illik müddətə, 2023-cü il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək təyin edilir, bu vəzifəni İmanqali Tasmaqambetov tutur. Kvota üzrə vəzifələrə təyinat KTMT-yə üzv dövlətlərin təklifi ilə üç ildən bir rotasiya əsasında Baş katib tərəfindən həyata keçirilir. Katiblikdə bu cür vəzifələrin sayı ölkələrə onların büdcəyə verdiyi töhfələrə mütənasib olaraq təyin edilir.

Yanvarın 20-də Ermənistanın Böyük Britaniyadakı səfiri Varujan Nersesyan bildirib ki, İrəvan Rusiyanın Azərbaycanın hərəkətlərinə reaksiyasından razı deyil, çünki o, KTMT çərçivəsində konkret yardıma ümid edir. Bununla belə, o qeyd edib ki, Ermənistan Qarabağda sülhü qoruyan və öz mandatını yerinə yetirən rus sülhməramlılarının əməyini yüksək qiymətləndirir.
 
Yanvarın 10-da Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi məətbuat konfrasında jurnalistlərə müsahibə verərək bildirib ki, Rəsmi Yerevan  2023-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanda hərbi  təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmir. 
 
"Biz bəyan edirik ki,  2023-cü ildə KTMT-nin Ermənistanda  təlimlərinin keçiriməsi məqsədəuyğun hesab etmirik", - Paşinyan deyib.
 
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  "Sarsılmaz Qardaşlıq” adlı təlimləri artıq bir dəfə  2015-ci ildə Ermənistanda keçirilib. Həmin təlimlərdə  Rusiya Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının hərbçiləri, o cümlədən Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistandan olan 500-ə yaxın hərbçi iştirak edib.

2022-ci ildə KTMT ölkələrinin "Sarsılmaz qardaşlıq” hərbi təlimləri Qırğızıstanda keçirilməli idi, lakin bu ölkənin Müdafiə Nazirliyi səbəbini açıqlamadan təlimləri ləğv edib. 

Rusiya Müdafiə Nazirliyinin planları Ermənistanda KTMT-nin tənqidi fonunda açıqlanıb. Belə ki, 2022-ci il noyabrın 23-də İrəvanda KTMT-nin sammiti keçirilib, ondan sonra Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini və "Azərbaycan Respublikasına yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında” sənədləri imzalamaqdan imtina edib. O, bəyan edib ki, KTMT Ermənistan-Azərbaycan sərhədində eskalasiyaya aydın qiymət verməyib və bu, təşkilatın müttəfiqlik öhdəliklərindən imtina etməsi anlamına gələ bilər.

2022-ci il noyabrın 27-də KTMT Ermənistana dəstək tədbirləri təklif edib, o cümlədən vəziyyəti qiymətləndirmək üçün Ermənistan-Azərbaycan sərhədinə missiya göndərib. 
 
KTMT 1994-cü ildə qüvvəyə minib. O zaman təşkilat 9 ölkədən ibarət olub.  Daha sonra  Azərbaycan, Gürcüstan və Özbəkistan bu təşkilatı tərk edib.
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib
Siyasət 18:30
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Siyasət 18:11
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini şərh edib
Siyasət 13:15
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini şərh edib
Baş nazir qərar imzalayıb
Siyasət 12:51
Baş nazir qərar imzalayıb
Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub
Siyasət 21:59
Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:18
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Siyasət 18:10
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq
Siyasət 17:05
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq
Bayramov və Ço Hyon ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Siyasət 13:42
Bayramov və Ço Hyon ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol