• $
  • £

Minatəmizləməyə dair əsasnamə təsdiqləndi

Minatəmizləməyə dair əsasnamə təsdiqləndi
11.03.2023 13:46
Nazirlər Kabineti "Minatəmizləməyə dair informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə qərar qəbul edib.
 
Qərara əsasən, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Minatəmizləməyə dair informasiya sistemini mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etməli və həmin sistemin təhlükəsizlik meyarları üzrə monitorinqini həyata keçirməli, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə birlikdə informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər görməlidir.
 
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq Minatəmizləməyə dair informasiya sisteminin dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməli, Minatəmizləmə Agentliyi ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, Minatəmizləməyə dair informasiya sisteminin "Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsinə dair tədbirlər görməlidir.
 
Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti "Minatəmizləməyə dair informasiya sistemi haqqında Əsasnamə”nin 4-cü hissəsi ilə müəyyən edilmiş məlumatların Minatəmizləməyə dair informasiya sisteminə ötürülməsini təmin etməlidirlər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:03
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan tarixi VII siniflərdə Azərbaycan dilində tədris olunacaq
Cəmiyyət 12:57
Azərbaycan tarixi VII siniflərdə Azərbaycan dilində tədris olunacaq
Bakıda 51 nömrəli avtobus 3 avtomobillə toqquşub, yaralananlar var
Cəmiyyət 11:44
Bakıda 51 nömrəli avtobus 3 avtomobillə toqquşub, yaralananlar var
Xırdalanda 1 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 11:09
Xırdalanda 1 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq ölüb
Naxçıvanın bəzi ərazilərində qazın verilişi dayandırılacaq
Cəmiyyət 10:49
Naxçıvanın bəzi ərazilərində qazın verilişi dayandırılacaq
Binəqədidə yanğında 36 yaşlı kişi ölüb
Cəmiyyət 10:42
Binəqədidə yanğında 36 yaşlı kişi ölüb
Bakıda 19 yaşlı oğlan elektrik cərəyanından ölüb
Cəmiyyət 10:40
Bakıda 19 yaşlı oğlan elektrik cərəyanından ölüb
Azərbaycanda bir gündə 73 cinayət açılıb
Cəmiyyət 10:28
Azərbaycanda bir gündə 73 cinayət açılıb
Pakistan xəstəxanasında yanğın: 15 yeni doğulmuş körpə ölüb
Cəmiyyət 09:45
Pakistan xəstəxanasında yanğın: 15 yeni doğulmuş körpə ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol