• $
  • £

“Qalatasaray” futbol klubunun prezidenti Prezident İlham Əliyevə xatirə hədiyyələri tədqim edib

“Qalatasaray” futbol klubunun prezidenti Prezident İlham Əliyevə xatirə hədiyyələri tədqim edib
26.03.2023 23:00
Martın 26-da Bakı Olimpiya Stadionunda Ağdamın "Qarabağ” və İstanbulun "Qalatasaray” komandaları arasında xeyriyyə oyunundan öncə "Qalatasaray"ın prezidenti Dursun Özbek Azərbaycan Prezidenti İlham Əliyevə klubun formasını hədiyyə verib.
 
Dursun Özbek dövlət başçısına komandanın oyunçularının imzası olan formanı və digər xatirə hədiyyələrini tədqim edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Olimpiya Stadionunda Ağdamın "Qarabağ” və İstanbulun "Qalatasaray” komandaları arasında xeyriyyə oyununa baxıblar.

Matç "Qalatasaray" klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu oyun qardaş Türkiyədə baş vermiş "Əsrin fəlakəti”nin - güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunub. Görüşdən əldə olunacaq bütün gəlirlər zəlzələdən əziyyət çəkənlərə yardım üçün Türkiyəyə göndəriləcək. Oyun üçün satışa çıxarılmış 62 mindən çox biletin hamısının qısa müddətdə satılması bu qarşılaşmaya göstərilən böyük maraqla yanaşı, Azərbaycan xalqının çətin gündə qardaş Türkiyə ilə sarsılmaz həmrəylik nümayiş etdirməsinin də əyani təsdiqidir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşüb
Siyasət 18:57
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşüb
Ceyhun Bayramov Albaniyalı həmkarı ilə Ermənistanla sülh səylərini müzakirə edib
Siyasət 18:08
Ceyhun Bayramov Albaniyalı həmkarı ilə Ermənistanla sülh səylərini müzakirə edib
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
Siyasət 16:50
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Azərbaycan XİN və müadafiə naziri Qazaxıstanda hərbçilərin ölümü ilə bağlı başsağlığı verib
Siyasət 14:50
Azərbaycan XİN və müadafiə naziri Qazaxıstanda hərbçilərin ölümü ilə bağlı başsağlığı verib
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Ermənistan Azərbaycana bu məhsulu ixrac edib
Siyasət 13:19
Ermənistan Azərbaycana bu məhsulu ixrac edib
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb
Siyasət 13:03
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Siyasət 09:44
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol