• $
  • £

İtaliyanın xarici işlər nazirinin müavini ADA Universitetində olub

İtaliyanın xarici işlər nazirinin müavini ADA Universitetində olub
03.04.2023 19:48
İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirinin müavini Edmondo Çirielli Azərbaycana səfəri çərçivəsində ADA Universitetində rektor Hafiz Paşayevlə görüşüb.

Rektor İtaliya-Azərbaycan Universiteti layihəsinin təsis edilməsi sahəsində görülmüş işlər və gələcək planlar barədə məlumat vermiş, müxtəlif sahələr üzrə yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsində tərəfdaş italyan universitetləri ilə birgə fəaliyyətindən söhbət açıb.

Nazir müavini Edmondo Çirielli bu layihənin, ümumilikdə mədəniyyət və təhsil sahəsində əməkdaşlığın iki ölkə arasındakı münasibətlər üçün əhəmiyyət kəsb etdiyini vurğulayıb və ADA Universitetinin bilik və təcrübə mübadiləsindəki rolunu təqdir edib.

Görüşdən sonra rektor Hafiz Paşayevlə birlikdə İtaliya-Azərbaycan Universiteti layihəsinin ADA Universitetinin kampusundakı tikinti sahəsi ilə tanışlıq olub, xatirə şəkli çəkilib.

Qeyd edək ki, İtaliya-Azərbaycan Universiteti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsüdür. Bu Universitet barədə razılıq Prezident İlham Əliyevin 2020-ci ildə İtaliya Respublikasına dövlət səfəri zamanı əldə olunub.
 
ADA Universiteti və italyan unviersitetləri ilə akademik əməkdaşlığa dair sazişlər 2022-ci il sentyabrın 1-də Romada imzalanıb. Bu təşəbbüs çərçivəsində təklif olunan ilk iki magistr proqramı 2023-cü ilin sentyabr ayından etibarən tətbiq olunacaq. Cari ayın 25-də isə Alma Mater Bolonya Universiteti ilə kənd təsərrüfatı və qida sisteminin idarə olunmasına dair ilk qısamüddətli birgə sertifikat proqramı həyata keçiriləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:39
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan Qran-prisinə start verilib
Cəmiyyət 12:33
Azərbaycan Qran-prisinə start verilib
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Cəmiyyət 12:32
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
Cəmiyyət 12:08
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol