• $
  • £

Ceyhun Bayramov Avropa Şurası Bakı ofisinin rəhbəri ilə görüşüb

Ceyhun Bayramov Avropa Şurası Bakı ofisinin rəhbəri ilə görüşüb
04.04.2023 19:17

Aprelin 4-də xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurası (AŞ) Bakı ofisinin rəhbəri Petr Zix ilə görüşüb.

XİN-dən verilən xəbərə görə, görüşdə, Azərbaycan və AŞ arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, o cümlədən regionda cari vəziyyət müzakirə edilib.

Görüş zamanı, Azərbaycan və AŞ arasında geniş əməkdaşlıq gündəliyinin mövcudluğuna istinad olunaraq, bu xüsusda münasibətlərin inkişafında qəbul olunmuş Fəaliyyət Planlarının, o cümlədən 2022-2025-ci illər üzrə Fəaliyyət Planının vacibliyi diqqətə çatdırılıb. Milli qanunvericiliyin beynəlxalq qanunvericiliyə uyğunlaşdırılmasının, qanunun aliliyinin təmin olunması istiqamətində aparılmış çoxsaylı islahatların Azərbaycan və AŞ arasında mövcud əməkdaşlığın nəticələri olduğu qeyd edilib.

Nazir Ceyhun Bayramov, post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bölgədə nəqliyyat və kommunikasiyaların açılması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Ermənistan tərəfinin öhdəliklərindən boyun qaçıraraq, öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmamasının, yalnız humanitar məqsədlər üçün istifadə olunan Laçın yolundan Azərbaycanın təbii sərvətlərinin daşınması, o cümlədən mina təhdidinin davam etdirilməsi məqsədilə istifadə etməsinin regionda sülh və təhlükəsizliyin bərqərar edilməsinə maneə olduğu diqqətə çatdırılıb. Laçın yolu ətrafında Ermənistanın bu kimi qeyri-qanuni fəaliyyətlərinə etiraz edən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin aksiyasına kölgə salmaq və beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə hesablanan humanitar böhran, blokada iddialarının həqiqəti əks etdirmədiyi vurğulanıb.

AŞ Bakı ofisinin rəhbəri Petr Zix Azərbaycan və AŞ arasında əməkdaşlığın qarşılıqlı anlaşma və etimad əsasında uğurla davam etdiyini diqqətə çatdırıb. Petr Zix münasibətlərin inkişafında qarşılıqlı səfərlərin və təmasların vacibliyini vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib
Siyasət 18:30
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Siyasət 18:11
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini şərh edib
Siyasət 13:15
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini şərh edib
Baş nazir qərar imzalayıb
Siyasət 12:51
Baş nazir qərar imzalayıb
Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub
Siyasət 21:59
Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:18
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Siyasət 18:10
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq
Siyasət 17:05
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq
Bayramov və Ço Hyon ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Siyasət 13:42
Bayramov və Ço Hyon ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol