• $
  • £

Özbəkistanda ilk dəfə olaraq Şuşa günləri qeyd ediləcək

Özbəkistanda ilk dəfə olaraq Şuşa günləri qeyd ediləcək
08.04.2023 11:45

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihəsi əsasında aprelin 11-12-də Özbəkistanda Şuşa günləri silsilə tədbirləri keçiriləcək.

Mədəniyyət Mərkəzindən  verilən məlumata görə, tədbirin əsas məqsədi TÜRKSOY tərəfindən Şuşa şəhərinin Türk dünyasının Mədəniyyət paytaxtı elan edilməsi, habelə Azərbaycanın Qarabağ bölgəsinin, Şuşanın zəngin mədəniyyəti, incəsənəti, poeziyası, tanınmış şuşalılar, şəhərin turizm imkanlarını bütün dünyaya çatdırmaq və təbliğ etməkdir.

Daşkənd şəhərində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində baş tutacaq Şuşa Günləri tədbirlərinin rəsmi açılış mərasimində Şuşanın mədəniyyəti, ədəbiyyatı, incəsənəti və tarixi ilə bağlı beynəlxalq konfrans, kitab təqdimatı, foto və nəşrlərdən ibarət sərgi, Qarabağa aid milli geyimlərdən ibarət moda nümayişi, bədi şeir kompazisiyaları və konsertlərin təşkili nəzərdə tutulub.

Şuşa Günlərinin açılış mərasimində Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində "Azad və çiçəklənən Şuşa” adlı foto və nəşr sərgisi təqdim ediləcək, Azərbaycan Mədəniyyət Mərkəzinin böyük konfranslar zalında isə beynəlxalq konfrans öz işinə başlayacaqdır.
Beynəlxalq konfransda Özbəkistanın dövlət və hökumət nümayəndələri, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərliyi, Daşkənddəki Türk dövlətlərinin səfirləri, diplomatlar, Özbəkistanın tanınmış ictimaiyyət və mədəniyyət xadimləri, çoxsaylı mötəbər qonaqların iştirakı planlaşdırılır.

Daha sonra azərbaycanlı rejissor Ülviyyə Heydərovanın müəllifi olduğu Xurşidbanu Natəvan haqqında sənədli filmin nümayişi nəzərdə tutulub.

Tədbirin bədii hissəsində azərbaycanlı musiqiçilər Nisbət Sərdayeva, Rüstəm Müslümov, Elnur Salahovdan ibarət muğam triosunun Xurşidbanu Natəvanın qəzəllərindən ibarət muğam dəstgahları da təqdim ediləcəkdir. Bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzinin "Azərbaycan qızları” Rəqs Ansamblı Şuşaya dair milli rəqslərimizi ifa edəcəklər.

Bədii hissədə Özbəkistanın xalq artisti, "Yalla” Ansamblının bədii rəhbəri Fərrux Zakirovun və dünyaca məşhur "Özbəgim yoshlari” (Özbək gəncləri) musiqi qrupunun rəngarəng çıxışları gözlənilir.
"Şuşa günləri”nin ikinci günündə isə Özbəkistan Turon kitabxanasında baş tutacaq, tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Özbəkistan Yazıçılar Birliyi, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin, Özbəkistan və Azərbaycan Parlamentinin deputatlarının iştirakı və çıxışları nəzərdə tutulub.

Turon kitabxanasında Şuşa günləri tədbirləri çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilinə ilk dəfə olaraq tərcümə və çap olunan "Xurishidga yetar boshim” adlı kitabın təqdimat mərasimi və özbək tələbələr tərəfindən Xurşidbanu Natəvanın şeirlərindən ibarət ədəbi-bədi kompozisiya təqdim ediləcək.

Özbəkistanda Şuşa günlərində baş tutan silsilə tədbirlər çərçivəsində Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunda da tədbir təşkil ediləcək.

Dövlət rəsmilərinin də qatılacağı tədbirdə Azərbaycan və Türk dünyasının mədəniyyət paytaxtı Şuşaya dair çıxışlar və təqdimatlar planlaşdırılıb.

Tədbirin bədii hissəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi fondunun təşəbbüsü ilə yaradılmış yeddi türk xalqının nümayəndəsindən ibarət "Yeddi gözəl” çalğı alətləri ansamblının konserti və azərbaycanlı modelyer Gülnarə Xəlilovanın geyimlərindən ibarət Qarabağ bölgəsi, ələxüsus da XVII əsrin sonu XIX əsrin əvvəllərində Şuşa şəhərində dəbdə olmuş qadın libaslarının moda sərgisi keçiriləcək.

Qeyd edək ki, Şuşa günləri tədbirlərinin davamı olaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan mədəniyyəti, habelə Şuşaya dair zəngin kitab kolleksiyası Özbəkistanın aparıcı kitabxanalarına hədiyyə ediləcək və cari ilin iyun ayında Şuşa ilə tanışlıq, Şuşaya dair verilişlərin hazırlanması məqsədi ilə Özbəkistanın populyar telekanallarının təmsilçiləri və onların jurnalistlərinin mədəniyyət paytaxtımız Şuşaya, habelə işğaldan azad edilmiş bölgələrimizə Mediaturu təşkil ediləcək.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
Mədəniyyət 14:19
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Mədəniyyət 17:12
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Mədəniyyət 13:07
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Mədəniyyət 20:00
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Mədəniyyət 12:26
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Mədəniyyət 16:23
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Cəmiyyət 15:10
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Cəmiyyət 11:22
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Nəriman Həsənzadə vəfat edib
Mədəniyyət 08:50
Nəriman Həsənzadə vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol