Almaniya ilk üzən LNG terminalına xidmət göstərmək üçün bu qədər vəsait ayıracaq
Almaniya mayeləşdirilmiş təbii qazı (LNG) qəbul etmək üçün ölkənin ilk üzən terminalına xidmət göstərmək üçün 732,25 milyon avro ayıracaq. Bu barədə Lenta.ru saytı yazıb.
Hazırda əməliyyat şirkəti LNG terminalının infrastrukturuna və texnoloji xidmətinə görə məsuliyyət daşıyacaq podratçı axtarır. Bundan sonra, gözlənildiyi kimi, obyekt tam gücü ilə işləyəcək.
Aprelin 9-da Funke bildirib ki, Almaniyanın vitse-kansleri, iqtisadi məsələlər və iqlimin mühafizəsi naziri Robert Habek ölkə vətəndaşlarına yaxın gələcəkdə qaz və neftlə işləyən istilik sistemlərini quraşdırmamağı tövsiyə edib. Bunun səbəbi, Avropa İttifaqının (Aİ) emissiya ticarəti nəticəsində enerji qiymətlərinin davamlı olaraq yüksələcəyi və vətəndaşların istilik sistemləri kimi uzunmüddətli investisiyalar üçün bərpa olunan enerji mənbələrinə diqqət yetirmələridir.
Gülnar
www.anews.az